Bağlanan banklarla bağlı komissiya fəaliyyətə başlayır
Iqtisadiyyat
Oxunub: 968
27 yan 2016 | 21:19
Bir ay ərzində artıq lisenziyası ləğv olunan bankların sayı 6-ya çatıb.
Bağlanan banklarla bağlı komissiya fəaliyyətə başlayır
Son bir neçə gün ərzində Azərbaycan banklarının konsolidasiyası və lisenziyalarının ləğv edilməsi prosesi sürətlənib.

ANS PRESS-in məlumatına görə, bir ay ərzində lisenziyası ləğv olunan bankların sayı 6-ya çatıb.
Lisenziyası ləğv olunan banklar "Gəncə Bank" ASC, "Bank of Azerbaijan", “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC -dir. "AGBank" ASC və "DəmirBank" ASC konsolidasiya olunacaqlar.

Banklar ətrafında baş verən bu proseslər orada işləyən insanların və müştərilərin əmanətlərinin taleyinin necə olacağı sualını ortaya çıxarır. Hazırda bağlanan banklarda əmanətləri olan vətəndaşlar xüsusilə narahatlıq keçirirlər.
Problemlə bağlı ləğv edilən və birləşdirilməsi nəzərdə tutulan banklarla əlaqə saxladıq. Birləşdirilməsi nəzərdə tutulan "DəmirBank"-ın Maketinq Deportamentinin əməkdaşı Anar Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, bank birləşdirilsə də, fəaliyyəti dayandırılmayacaq. “Bankın fəaliyyəti normal şəkildə davam edir. İşçilərin ixtisarı isə gözlənilmir”, - deyə bank əməkdaşı bildirdi. “NBCBank” ASC-nin Gənclik filialından verilən məlumata görə, artıq bankın binası boşaldılıb.

Lisenziyası ləğv edilən "Gəncə Bank" ASC-nin əməkdaşı isə kredit verilişinin dayandırıldığını bildirdi. Bank əməkdaşının sözlərinə görə, bundan sonra müştərilərin və əmanətçilərin problemləri ilə Mərkəzi Bankda yaradılan ləğvetmə komissiyası məşğul olacaq. Ləğvetmə komissiyanın fəaliyyəti və bundan sonra atılacaq addımlarla bağlı Mərkəzi Banka sorğu göndərdik. Amma bank göndərdiyimiz sorğuya cavab vermədi.
Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bankların sağlamlaşdırılması məsələsini bir daha diqqətə çatdırdı. O, bildirdi ki, Bank sektorunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək. “Tələblərə, meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən, böyük nöqsanlar buraxan banklar bizim bank sektorumuzda fəaliyyət göstərə bilməz. Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu, hər bir ölkə üçün çox vacib məsələdir”.

Ümumilikdə isə bank sisteminin sağlamlaşdırılması və vətəndaşların əmanətlərinin qorunması üçün bir neçə addım atılıb. Yanvarın 19-da Milli Məclisin növbədənkənar sessiyasında “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edilib. Həmin qanuna əsasən fevral ayının 1-dən bank müştərilərinin əmanətləri 3 il müddətinə 100% sığortalanacaq.
Hazırda isə Azərbaycanda 39 bank fəaliyyət göstərir. Mütəxəssislər Azərbaycan üçün kimi bir dövlətdə bu qədər bankın çox olduğunu bildirirlər. Xarici dövlətlərdə bankların sayının azaldılması praktikasını çoxdan tətbiq ediblər. Məsələn 2001-ci ildə baş verən dünya maliyyə böhranından sonra keçirilən islahatlar nəticəsində Türkiyənin bank sektoru daha dayanıqlı vəziyyətə gətirilib. Böhrandan sonra Türkiyədəki ümumi bankların sayı azaldılıb. İnkişafa digər səbəb isə əsas kapitalın yetərliliyi oldu. Maliyyələşmənin sabit və ucuz mənbəyi hesab edilən depozitlər türk banklarının maliyyələşməsinin təxminən 60%-ni təşkil edir.

Yəqin ki, bundan sonra da bankların lisenziyalarının ləğv edilməsi prosesi və konsolidasiyası davam edəcək. Xarici təcrübədən yararlanmaqla Azərbaycanın bank sektorunu daha da möhkəmləndirmək və rəqabətə davamlılığını artırmaq olar. Dünyada yaşanan mənfi iqtisadi proseslər fonunda Azərbaycan hökumətinin banklara xüsusi dəstək göstərməsi isə onların bu çətin vəziyyətdən üzüağ çıxmasına təkan verə bilər.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO