Kredit borcu olanların və onlara zamin duranların diqqətinə
Iqtisadiyyat
Oxunub: 1 291
31 yan 2016 | 00:33
Kredit borcu olanların və onlara zamin duranların diqqətinə











Banklardan və kredit təşkilatlarından kredit götürən və onlara zamin duran şəxslərin kredit borcuna görə problemlərlə qarşılaşması və buna görə məhkəmələrə cəlb edilməsi hallarına artıq tez-tez rastlaşılır. Lakin təcrübə göstərir ki, kredit götürüb borclu qalan və onlara zamin duran şəxslərin bir qismi öz məsuliyyətlərini, bununla bağlı hüquq və vəzifələrini kifayət qədər dərk etmir

Bununla bağlı hüquqşünas-ekspert, vəkil Asif Abdullayev Milli.Az-a bildirib ki, kredit müqaviləsinə əsasən, kredit götürən şəxs müqavilədə nəzərdə tutulmuş məbləğdə və müddətdə ödəniş etməlidir. Borclu şəxs tərəfindən ödəniş gecikdirildikdə və ya müqavilədə müəyyən edilmiş məbləğdə ödənilmədikdə, bu, kredit götürənin üzərinə düşən vəzifələri yerinə yetirməməsi kimi qiymətləndirilir. Kredit götürənin öz üzərinə düşən vəzifələri yerinə yetirməməsi banka əsas verir ki, kredit götürənin əvəzinə öhdəliklərin yerinə yetirilməsini zamindən tələb etsin: "Zaminlik müqaviləsində subsidiar məsuliyyət nəzərdə tutulmayıbsa, zaminlə borclu şəxs bank qarşısında birgə məsuliyyət daşıyırlar. Subsidiar məsuliyyətin fərqi isə ondan ibarətdir ki, bank ilk növbədə borclunun özünə qarşı tələb irəli sürməlidir. Lakin zamin ona qarşı irəli sürülmüş əsas borca, hesablanmış faizlərə və dəbbə puluna dair etiraz etmək hüququna malikdir. Hətta əsas borclu əsas borcu, faizləri və dəbbə pulunu qəbul etsə də, zamin yenə də həmin məbləğləri mübahisələndirə, buna etiraz edə və məhkəmədə həmin məbləğlərin əsaslandırılmasını tələb edə bilər".

Kredit borcu olanların və onlara zamin duranların diqqətinə
















Ekspertin sözlərinə görə, əgər borclu şəxs kredit borcunu vaxtında ödəyə bilmirsə, bank onu məhkəməyə verə bilər: "Bank borclunu məhkəməyə verdikdən sonra məhkəmə müvafiq qərar (qətnamə, ya da əmr) qəbul edəcək. Əgər borclu məhkəmə qərarı ilə razı deyilsə, qərardan onun rəsmi qaydada alındığı gündən 1 ay ərzində şikayət verilə bilər, məhkəmə əmrindən isə 10 gün ərzində onu qəbul etmiş məhkəməyə etiraz verilə bilər. Əgər şikayət verilməsə, məhkəmə qərarı qüvvəyə minəcək və artıq növbəti - icra mərhələsinə keçəcək".

Hüquqşünas qeyd edib ki, qanunvericiliyə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir: "İcra mərhələsində icra məmuru borclu şəxsə əvvəlcə tələbin könüllü icrası ilə bağlı bildiriş göndərməlidir. Könüllü icra üçün maksimum 10 gün vaxt verilir. Bu müddət keçdikdən sonra icra məmuru məcburi icra tədbirləri həyata keçirməkdə haqlıdır. Məcburi icra hərəkətlərinə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi və sair tədbirlər aiddir. Əgər borclu şəxsin maddi durumu qərarı icra etməyə imkan vermirsə, bu barədə rəsmi qaydada könüllü icra barədə bildiriş aldıqdan sonra, gecikmədən icra məmuruna məlumat verilməsi məqsədəuyğundur. Bununla yanaşı, qanunvericilik məhkəmə qərarının icrasına möhlət verilməsini və ya qərarın hissə-hissə icra edilməsini də nəzərdə tutur. Məhkəmə hesab etsə ki, qərarın icra edilməsinə möhlət verilməsi və ya hissə-hissə icra edilməsi üçün kifayət qədər ciddi səbəblər var, belə olan halda, məhkəmə bu barədə qərar qəbul edə bilər".

Kredit borcu olanların və onlara zamin duranların diqqətinə










Vəkil onu da bildirib ki, kreditin ödənilməməsinə görə birbaşa cinayət məsuliyyəti nəzərdə tutulmur, lakin müəyyən mərhələdə cinayət məsuliyyəti də yarana bilər: "Borclu üzrlü səbəbdən məhkəmə qərarını icra etmədikdə əvvəlcə inzibati məsuliyyətə cəlb olunur. Lakin borcun ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı borclu şəxs tərəfindən qərəzli şəkildə icra edilmədikdə o, artıq cinayət məsuliyyətinə cəlb olunur. Əgər məhkəmə qərarı, yaxud icra məmurunun qanuni tələbləri üzrsüz səbəbdən icra edilməzsə, borclu şəxs 500 manatdan 1000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla o, bir ayadək müddətə inzibati qaydada həbs oluna bilər.
Borclu şəxs yenidən məhkəmə qərarını qərəzli şəkildə icra etmədikdə isə, artıq cinayət məsuliyyətinə cəlb etmək üçün əsaslar yaranır. Əgər məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi sübuta yetirilərsə, borclu 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".

Bundan başqa, məhkəmə qərarı ilə borcunun qaytarılmaması ilə bağlı istər əsas borclu, istərsə də zamin şəxsin ölkədən çıxışına qadağa qoyula bilər. Amma bundan öncə borcun qaytarılması barədə məhkəmə qərarı (qətnamə və ya əmr) qəbul edilməlidir və həmin qərar qanuni qüvvəyə minməlidir: "İcra məmuru borclu üçün ən çoxu 10 gün olmaqla, məhkəmə qərarını könüllü icra etmək üçün vaxt verir. Məhkəmə qərarı könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər".

A.Abdullayev əlavə edib ki, zamin duran şəxs, əsas borclunun əvəzinə ödədiyi məbləği sonradan məhkəmə qaydasında borcludan tələb etmək hüququna malikdir: "Lakin təcrübədə, borcludan həmin məbləği geri almaq heç də asan olmur. Bu səbəbdən də, yaxından tanıdığınız və etibar etdiyiniz şəxsə zamin durmağınız məsləhət olunur".
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR