Bu siqaretlər satışdan YIĞIŞDIRILACAQ
Iqtisadiyyat
Oxunub: 1 968
1 fev 2016 | 20:24
Bu siqaretlər satışdan YIĞIŞDIRILACAQ










Avropa İttifaqında 2016-cı ildən etibarən siqaret qutuları, üzərində müxtəlif xəstəliklərə yol açdığını göstərən şəkillərlə bazara çıxarılacaq. Bu, Avropa İttifaqına üzv olan 28 ölkədə 2016-cı il mayın 20-də başlayacaq

Bu barədə Avropa İttifaqı 2015-ci ilin mart ayında qərar vermişdi.

Azerinfo.az sputnik.az-a istinadən xəbər verir ki, siqaret qutularının üzərindəki şəkillərdə ölümcül xəstəliklərə diqqət çəkiləcək. Bir çox Avropa ölkəsində şəkilli siqaret paketlərinin satışına 2015-ci ildən başlanıb.

Siqaret çəkənləri bu vərdişlərindən uzaq tutmaq üçün qutuların üzərində yüngül, zərərsiz, təbii tütün və ya aromasız kimi əlavə yazılar da qadağan edilir. 2020-ci ildə isə mentollu siqaretlər bazardan tamamilə qaldırılacaq. Siqaret reklamlarının da qadağan edilməsi gündəmdədir.

Yenilik Avropa bazarında satışa təqdim edilən çox sayda kiçik markanı udaraq, onları bazardan çıxaracaq. 2016-ci ildə elektron siqaretlər üçün satışa təqdim edilən mayelərin (E-liquids) satışları da qadağan ediləcək.

Avropa ölkələrində siqaret çəkənlərin üçdə biri xərçəngdən ölür. Almaniyada hər il təxminən 150 min adamın ölümünə səbəb olan tütün istehlakının qarşısını almaq olmur. Almaniyada ən çox siqaret çəkilən əyalətlərin başında Berlin, Mecklenburg-Vorpommern və Bremen gəlir.

Ən çox siqaret istehlak edən peşə sahiblərinin başında təhlükəsizlik işçiləri gəlir. Ən az siqaret çəkən peşə sahibləri isə müəllimlərdir. Siqaret istehlakı hər il orta hesabla dünya iqtisadiyyatına 500 milyard avro gəlir gətirir.

Siqaret çəkənlərin bədənində toplanan nikotinin təsirləri illər boyu davam edə bilir. Bəzi qida maddələrinin bu nikotini təmizlədiyi bildirilir. Bunlardan biri kividir. Kivi nikotini bədəndən təmizləyir və tərkibində bol miqdarda vitamin var.

Gicitkənin tərkibində çoxlu miqdarda dəmir və dezinfeksiyaedici xüsusiyyətə malik maddə var. Gicitkən otu sayəsində vücudunuzda toplanan nikotindən qurtula bilərsiniz.

Siqaret aludəçiliyinz varsa, çəkdiyiniz siqaretin tərkibindəki nikotinin bədəninizdə 3 gün qaldığını unutmayın. Dəriyə zərər verən nikotinin bu təsirinə qarşı kök suyu içə bilərsiniz. Vitaminlər baxımından zəngin olan kök suyu dərinin özünü yeniləməsini və nikotindən təmizlənməsini təmin edir.

Su bədəndəki zəhərli maddələrin atılması üçün olduqca əhəmiyyətlidir. Bədəniniz susuz qalırsa, hüceyrələrin yenilənməsi və nikotinin təsirlərinin azaldılması çətinləşər.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO