Bakıda təhlükəli ət satan şəxsdən xəbər var
Iqtisadiyyat
Oxunub: 909
3 fev 2016 | 12:00
Bakıda təhlükəli ət satan şəxsdən xəbər var










Nazirlik məlumat yaydı

Abşeron rayonunda aşkarlanan sallaqxana ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinindən bildirilib.

Məlumatda bildirilib ki, 9 yanvar 2016-cı il tarixdə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində keçirilən reyd zamanı Sərdar Mirsahib oğlu Şahverdiyevə məxsus ət kəsimi sexinin həyətindəki otaqların birində mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran, göyərmiş və üfunətli 2 heyvan cəmdəyi aşkar edilib.

Bundan başqa, 13 heyvan skleti və sümükləri, həmçinin 1 nömrəli soyuducuda 15 heyvan cəmdəyi, 2 nömrəli soyuducuda 5 heyvan cəmdəyi, plastik ləyənlərdə sümükdən ayrılmış 150 kiloqramdan çox ət və ət məhsulları, ətin sümükdən ayrılma otağında isə daha 3 heyvan cəmdəyi, sexin həyətində olan avtomobillərdə 2 baş xırdabuynuzlu heyvan cəmdəyi və 6 iribuynuzlu heyvan cəmdəyi də yoxlama aparılan ərazidə müəyyən edilib.

Həmin cəmdəklərin əksəriyyəti kaxeksiya və göyərmiş vəziyyətdə olub.

Məlumatda qeyd edilib ki, ət kəsimi məntəqəsi qeydiyyat sənədlərində heyvan kəsimi meydançası (sallaqxana) kimi göstərilsə də, əslində həmin məkan ayrı-ayrı rayonlardan qanunsuz yolla aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş müxtəlif növ heyvan cəmdəklərinin tədarük edildiyi və yararsız heyvan ətinin "topdan satış"ının həyata keçirildiyi obyekt kimi fəaliyyət göstərib:

“Həmin yerdə müəyyən edilmiş heyvan cəmdəklərinin və sümükdən ayrılmış ət məhsullarının mənşəyi və qida üçün yararlılığı şübhə doğurduğuna görə onlardan nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına müayinə üçün göndərilib.

Laboratoriyada aparılan bakterioloji müayinə zamanı heyvan cəmdəklərində və sümüksüz ətlərdə bakterioloji çirklənmə (BÇQB, Stafilakokkus aureus) aşkar olunub, biokimyəvi müayinə zamanı yoxlanılan ət nümunələrinin keyfiyyətsiz olduğu, iki cəmdəyin at cəmdəyi olduğu, 19 nümunə ətin aqoniya halında və ya öldükdən sonra kəsildiyi müəyyən edilib.

İnsan və heyvan sağlamlığına təhlükəli olduğuna və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyinə görə 4 (dörd) tondan artıq heyvan cəmdəkləri və sümüksüz ət mütəxəssislərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilərək məhv edilib”.

Məlumatda o da qeyd olunub ki, S. Şahverdiyev əvvəllər də belə qanunsuz əməllərlə məşğul olub:

“26 iyun 2014-cü il tarixdə müxtəlif rayonlardan tədarük etdiyi ölmüş və aqoniya halında kəsilmiş, qida üçün təhlükəli olan 5500 (beş min beş yüz) kiloqramdan çox müxtəlif növ heyvan, o cümlədən at cəmdəklərini və sümükdən ayrılmış əti Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, 113 ünvanında satarkən onun qeyri-qanuni əməllərinin qarşısı Bakı şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən alınıb.

Bundan sonra S. Şahverdiyev qanunsuz əməllərini Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində davam etdirib. S. Şahverdiyevin yol verdiyi əməllərin insanların və heyvanların sağlamlığına ciddi təhlükə yaratdığını nəzərə alaraq barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilib”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb