DataLife Engine / Nazirlə baş bankir axır ki Azərbaycanı basdırdı: 1 dollar 2 manat - Təfərrüat

Nazirlə baş bankir axır ki Azərbaycanı basdırdı: 1 dollar 2 manat - Təfərrüat

Nazirlə baş bankir axır ki Azərbaycanı basdırdı: 1 dollar 2 manat - Təfərrüat










Mərkəzi Bankın sədri Elman Rüstəmovla maliyyə naziri Samir Şərifov muradına çatdı; İlin sonunda 1 dolların 2 manat olacağı haqda proqnozlar özünü doğrultdu...

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, baş bankirlə maliyyə naziri Azərbaycan manatını rəsmən basdırdı.

2014-cü ildən başlayaraq ölkənin maliyyə-valyuta sistemini məhv edən bu iki məmurun yarıtmaz idarəçiliyi nəticəsində bütün sahələr böhrandadır.

Deputat Vahid Əhmədovun və iqtisadçıların verdiyi proqnoz doğru çıxdı - ilin axırında qara bazarda 1 ollar 2 manatdır. Yəni, 1,95-ə çatıb. Üstəlik, yaradılan panika və ajiotaj nəticəsində minlərlə iş adamına zərər dəyir, müflis olur.

Banklar isə dollar satışını rəsmən dayabndırıb. İstisna banklar var ki, 200 dollardan artıq satmır. Beləliklə, xalqın və ölkənin iqtisadi sistemini darmadağın edən Rüstəmovla Şərifovun vəzifədən getməsinin vaxtı təmiz yetişib.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, dolların satışını dayandıran bankların sayı artır, satanlar isə limiti azaldırlar. Satışı dayandıran bankların sayı artdıqca “qara bazar”da da dollar bahalaşır.

Dollar “qara bazar”da 1.8150 manatdan alınır, 1.8220-1.8250 manatdan satılır. Digər mənbəyə görə, bəzi ünvanlarda dollar 1.84 manata satılır.

Sosial şəbəkələdə yazılan məlumatlara görə, “qara bazar”dan dolları 1.95 manatdan alan da var. Banklarda dolların ən yüksək satış qiyməti 1.7775 manatdır. Lakin bu qiymətə də dollar almaq mümkün deyil.

Baş bankir Elman Rüstəmovun yarıtmaz pul siyasəti ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub. Ümid ancaq prezident İlham Əliyevə qalıb. AMB sədri manatın qatili kimi cəzalandırılır. Bir müddət sonra AMB-nın ləğvi də gündəmə gələ bilər.

AMB sədrinin yartımaz idarəçiliyi nəticəsində manat günbəgün ucuzlaşır. Mərkəzi Bank devalvasiyasının növbəti dəfə olacağını nə təkzib edir, nə təsdiq.

Bu susqunluq dəhşətli bir vahimə yaradır. Dolların hər gün kursunun dəyişməsi və qalxması ilə paralel olaraq bazarlarda qiymətlər də kəllə-çarxdadır. Hökumət heç bir anti-böhran tədbiri həyata keçirmək istəmir.

Mərkəzi Bank və Maliyyə Nazirliyinə yönəlik tənqidlər də artıq faydasızdır. Hər iki qurum manatın məzənnəsini qoruyub saxlanmasında heç bir iş görmür. Ona görə də manatı ucuzlaşır, həyat bahalaşır. Tək yol Şərifovla Rüstəmovun istefasıdır.
18-11-2016, 20:56
Geri dön