DataLife Engine / Hökumətdən Əhaliyə ağır zərbə - TƏCİLİ - Bu da Son

Hökumətdən Əhaliyə ağır zərbə - TƏCİLİ - Bu da Son

Hökumətdən Əhaliyə ağır zərbə - TƏCİLİ - Bu da Son













“Kəskin devalvasiya olmalıdır”

"Hökumət bazarı sakitləşdirmək üçün kəskin devalvasiyaya getməlidir”

Bunu iqtisadçı ekspert Samir Əliyev ölkədə yaranmış dollar qırlığına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkəyə neft gəlirləri xaricində dollar daxil olmur, bu səbəbdən dollar qıtılığı var: "İl sona çatır. Həftədə iki dəfə hərrac keçirilir. Hərracda Mərkəzi Bank ilə Neft Fondu iştirak edir. Mərkəzi Bank hərraca dollar çıxarmır. Ancaq Neft Fondu çıxarır. Onlar da artıq kifayət qədər dollar satışa çıxardıb. Görünür indi də fond satışa daha az dollar çıxarır. Əvvəllər bu barədə məlumat verilsə də, hazırda bu edilmir. Araşdırsaq görərik ki, Neft Fondu satışa 30-40 milyondan artıq dollar çıxartmır. Bu isə tələbatı ödəmir. Gələn il başlayanda artıq Neft Fondu bazara daha çox dollar çıxara bilər. Bununla da müəyyən qədər bazarı sakitləşdirə bilər. Amma problem bununla həll olunmur. Çünki əsas problem ondan ibarətdir ki, dollar qıtlığı var. Ölkəyə neftdən kənar dollar gəlmir”.

İqtisadçı "qara bazar”ın müəyyən qədər məhdudlaşdırıldığını bildirib: ""Qara bazar”a dollar ötürən banklara qarşı sərt addımlar atıldı. Bəzi bankların valyuta satışı lisenziyası əlindən alındı. Ona görə də bəzi banklar nə dollar alır, nə də satır. Mərkəzi Bank isə manatın rəsmi məzənnəsini yavaş-yavaş qaldırır. Digər tərəfdən isə istəyirlər ki, prosesi gələn ilə saxlayıb bu ili belə başa vursunlar”.

Samir Əliyev bildirib ki, yaxın 1 və ya 2 ayda bazarda sərt dollar qıtlığı olacaq: "Bayrama kimi proses belə davam edəcək. Hətta yaxın 1 və 2 ayda da bazarda sərt dollar qıtlığı olacaq. Bunun da çıxış yolu situasiyaya uyğun olaraq hökumətin növbəti dəfə kəskin devalvasiyaya getməsidir. Devalvasiyaya getməlidir ki, bazar müəyyən qədər sakitləşsin. Belə olan halda onun təsiri daha çox olar. Banklar da ağır vəziyyətə düşər, qiymətlər artar.

Ümumiyyətlə, bunun çıxış yolu məzənnəni kəskin devalvasiyaya getməkdir. Bu isə indiki zamanda arzu olunan deyil. Çünki bunun fəsadları ağır ola bilər”.(bakipost.az)
22-12-2016, 11:39
Geri dön