DataLife Engine / Mərkəzi Bank yeni devalvasiyaya start verdi

Mərkəzi Bank yeni devalvasiyaya start verdi

 Mərkəzi Bank yeni devalvasiyaya start verdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəz Bankı (AMB) bu gün ABŞ dollarının rəsmi məzənnəsini birdən-birə hər 100 dollara 9 qəpik bahalaşdıraraq 1,0487 AZN səviyyəsindən 1,0496 AZN-ə qədər artırıb. Bu, fevralın 21-də həyata keçirilən devalvasiyadan sonra dolların milli valyutaya qarşı ən ciddi möhkəmlənməsidir.
Aazerinfo.az bildirir ki, "Report"un analitik qrupu AMB-nin bu qərarını yumşaq devalvasiyanın ilk addımı kimi qiymətləndirir. Nəticədə, qarşıdakı günlərdə manatın dəyərinin düşməsi prosesinin davam edəcəyi gözlənilir.

Sayt dünya bazarında neftin bahalaşdığı bir dövrdə Mərkəzi Bankın bu addımını vaxtsız sayır: "Bu gün yumşaq devalvasiya neftin qiymətinin artmağa başladığı bir zamanda baş verir. Yəni, neftin qiyməti müəyyən müddət yüksəldikdən sonra yenidən ucuzlaşmağa başladıqda, devalvasiyanın üçüncü mərhələsinin şahidi olacağıq. Bunun isə ölkə iqtisadiyyatı üçün ümumən təsiri mənfi olacaq".
7-04-2015, 15:02
Geri dön