DataLife Engine / Naxçıvan Dövlət Gömrük Komitəsində İranın Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru ilə görüş olub

Naxçıvan Dövlət Gömrük Komitəsində İranın Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru ilə görüş olub

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində muxtar respublikada səfərdə olan İranın Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbaği ilə görüş olub.
Naxçıvan Dövlət Gömrük Komitəsində İranın Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru ilə görüş olub
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Naxçıvanın Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov Azərbay­canın Naxçıvan Muxtar Res­publikası ilə İranın yaxın vilayətləri arasındakı münasibətlərin, o cümlədən gömrük əlaqələrinin inkişafından danışıb.

Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə sənayenin və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, sərhəd keçid məntəqələrində yaradılmış modern gömrük infrastrukturunun xarici ticarət əlaqələrinin inkişafındakı əhəmiyyətindən danışan komitə sədri Araz Azad Ticarət və Sənaye Zonası ilə qarşılıqlı əlaqələrin inkişafında geniş imkanların olduğunu vurğulayıb.

Bu ilin avqust ayında işgüzar səfər çərçivəsində Təbrizdə keçirilən görüşləri xatırlayan komitə sədri gömrük əməkdaşlığının genişləndirilməsi, prosedurların sadələşdirilməsi və keçidin sürətləndirilməsi istiqamətində aparılan müzakirələrin faydalı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

M. Ərəbbaği Naxçıvanın sosial-iqtisadi inkişafına, sahibkarların qarşılıqlı fəaliyyəti üçün geniş imkanların ol­masına diqqət çəkib. Araz Azad Ticarət və Sənaye Zonası haqqında məlumat verən qonaq bildirib ki, 2004-cü ilin sentyabr ayında fəaliyyətə başlayan Araz Azad Ticarət və Sənaye Zonasının mühüm coğrafi şəraitə malik yük dəhlizi üzərində yerləşməsi, istehsal olunan məhsulların ixrac imkanları, uzunmüddətli vergidən azadolma, sənaye maşınlarının və xammalın idxalında gömrük rüsumlarının alınmaması daxili və xarici investorların bura axınının əsas səbəblərindəndir. Sənaye, xidmət, anbarçılıq, kənd təsərrüfatı, ticarət, turizm və av­tomobil xidmətləri sahələrində 310 şirkətin fəaliyyət göstərdiyi Araz Azad Ticarət və Səna­ye Zonasını sa­hibkarlar şəhəri də ad­landırmaq olar.

Görüşdə Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin inkişafı, gömrük orqanlarının fəaliyyəti və gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb, gündəlikdə olan məsələlər müzakirə olunub.
9-10-2015, 14:55
Geri dön