DataLife Engine / Kredit borcu olanara şad xəbər – Sərəncam

Kredit borcu olanara şad xəbər – Sərəncam

Kredit borcu olanara şad xəbər – Sərəncam







Yeni ildən qüvvəyə minəcək qanuna əsasən, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (140), pensiyaçılar üçün 115 manat (108), uşaqlar üçün 117 manat (108) məbləğində müəyyən edilib

Azerinfo.az xəbər verir ki, bu haqda prezidentin “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” sərəncamını şərh edərkən ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, dövlət başçısının sərəncamı banka borcunu ödəyə bilməyənlər üçün çox yaxşı xəbər sayılır:

“Çünki məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər. Məsələn, tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əmək haqqı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa). Əgər yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, onda vətəndaşın bundan şikayət etməyə haqqı var. Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşın haqqı bütün hallarda qorusun. Buna görə də vətəndaş nəinki məhkəmədə iddia qaldıra, hətta bundan Mlli Məclisə şikayət də edə bilər”.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” sərəncam imzalayıb.
8-12-2015, 17:43
Geri dön