İrandan narkotik maddə keçirilməsinin qarşısı alınıb, Bakıda isə civə satmaq istəyən şəxs saxlanılıb
Kriminal
Oxunub: 1 434
1 mar 2016 | 22:11
İrandan narkotik maddə keçirilməsinin qarşısı alınıb, Bakıda isə civə satmaq istəyən şəxs saxlanılıbSərhəd pozucuları xeyli miqdarda narkotik maddəni ataraq qaçıblar. Hadisə Cəlilabad rayonunda, İranla sərhəd ərazidə baş verib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə civə satmaq istəyən bir nəfəri saxlayıb.

Cəlilabadın Surxanlı kəndində külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb. İrandan Azərbaycana hərəkət edən 2 nəfər sərhəd naryadının qanuni tələb və xəbərdarlığına məhəl qoymayaraq havanın qaranlıq olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olub. Sərhəd pozucularının hərəkət marşrutuna baxış keçirilərkən ərazidə külli miqdarda narkotik maddə - 5 kiloqrama yaxın kakos və 2 kiloqram tiryək aşkar olunaraq götürülüb.
Salyan rayonunda isə narkotik satışından pul qazanmaq istəyənlər məsuliyyətdən yaxa qurtara bilməyiblər. Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşadət Əzizovdan və Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əhmədovdan 4 kiloqram 785 qram tiryək götürülüb. İbtidai istintaq zamanı həmin şəxslər narkotik vasitəni müəyyən məbləğə satmaq istədiklərini, bir hissəsini isə şəxsi istifadələri üçün saxladıqlarını etiraf ediblər. Hazırda həmin şəxslərin narkotiki hardan və necə əldə etdikləri araşdırılır.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini Elxan Baxşıyev tutulub. O, 1 kiloqram 297,9 qram civəni 4000 manata satmaq istəyirmiş. Elxan zəhərli maddəni şərti alıcı qismində əməliyyatda iştirak edən şəxsə satarkən elə iş başında yaxalanıb.

Hazırda hər üç faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

http://kepeztv.az
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...