10 il əvvəl baş vermiş dəhşətli qətlin üstü necə açıldı?
Kriminal
Oxunub: 921
18 mar 2016 | 20:56
10 il əvvəl baş vermiş dəhşətli qətlin üstü necə açıldı?Vəkil Adəm Məmmədov bu gün mətbuat konfransı keçirib. O, hüquqlarını müdafiə etdiyi İsmayıl Əliyevin 2005-ci ildə itkin düşmüş oğlu Elsevər Əliyevin barəsindəki cinayət işinin təzələndiyini bildirib.

Virtualaz.org saytının xəbərinə görə, vəkil on il əvvəl Bərdə rayonundan tapılan naməlum kişi meyitinin Elsevər Əliyevə məxsus olduğunu deyib.

Vəkilin sözlərinə görə, sözügedən cinayət işi obyektiv araşdırılmayıb. Ölən şəxsin kimliyini müəyyən etmək üçün genetik ekspertiza təyin olunub: “Bərdə rayonundan tapılan meyit Əliyevlər ailəsinə göstərilməyib. Binəqədi Rayon Prokurorluğunda adam oğurluğu ilə bağlı cinayət işi başlanıb. Həmin dövrdə bu məsələ Binəqədi Rayon Prokurorluğu tərəfindən ciddi araşdırılmayıb. İş üzrə Sahibə Həsənova adlı qadın dindirilib və Elsevərin itkin düşməsi ilə bağlı xəbərsiz olduğunu deyib. Sahibə Həsənova ilə Elsevərin iş birliyi olub.

S.Həsənovanın dogma qızı Gülxar Sadıqova isə qətldə anasını günahlandırıb. Bununla bağlı mətbuat konfransı da keçirilib. Bir çox şəxslər Sahibə Həsənovanın əməllərindən rəsmi orqanlara müraciət edib. Sonradan mənə məlum olub ki, bu qadın həmkarım Elçin Sadıqovun anasıdır. O, bu işi məxfi saxlamağa çalışırdı və bu məsələdə məni kəskin şəkildə qınayırdı.

Göründüyü kimi, on il əvvəl açılmayan bir cinayət işi açıldı. Hazırda təqsirləndirilən şəxslər müəyyən edilməsə də istintaq hərəkətlərinin sonunda həqiqətlər üzə çıxacaq”.

Vəkil bildirib ki, bu işdə olan əməliyyat tapşırıqlarının Dövlət Təhlükəsizlik Xidmətinə həvalə olunmasını istəyir: “Bu işin açılmasında Sahibə Həsənovanın qızı Gülxar Sadıqovanın böyük rolu olub. Onun ifadəsi nəticəsində istintaq təzələnib. Elsevər xüsusi amansızlıqla qətlə yetirilib, meyit doğranılıb, sonra yandırılıb.

Hüquq-mühafizə orqanlarından xahişim budur ki, bu iş obyektiv aparılsın, əməliyyat tapşırıqları Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilsin. Bundan sonra cinayət işinin tam, hərtərəfli araşdırılacağına, təqsiri olanların cəzalandırılacağına əminəm”.

Mərhumun atası İsmayıl Əliyev də oğlunun ölümündən iki il öncə Sahibə Həsənova ilə işbirliyinə başladığını bildirib: “Sonradan onların qeyri-rəsmi münasibəti də olub. Elsevəri, Sahibənin bir neçə cinayətindən xəbəri olduğu üçün öldürüblər. 6 iyul 2015-ci ildə oğlum zəng vurdu ki, ata, kəndə gəlirəm. Ondan sonra Elsevərdən xəbərimiz olmadı. Sahibəgil oğlumu planlı şəkildə öldürüblər. Bizimlə bağlı veriliş efirə gedəndən sonra isə Xoşqdəm xanıma (telejurnalist Xoşqədəm Hidayətqızı-red.) zəng edilib, təzyiqlər olunub. Elsevər yoxa çıxandan sonra İrana getdiyini bildirdilər”.

Vəkil Elçin Sadıqov isə açıqlamasında bildirib ki, bütün deyilənlər yalan, şər və iftiradır.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO