Baş Prokurorluq: İbrahim Ləmbəranskinin həbsdə olan MTN əməkdaşı Elçin Quliyevlə heç bir qohumluq əlaqəsi yoxdur
Kriminal
Oxunub: 845
19 mar 2016 | 19:16
Baş Prokurorluq: İbrahim Ləmbəranskinin həbsdə olan MTN əməkdaşı Elçin Quliyevlə heç bir qohumluq əlaqəsi yoxdurBaş Prokurorluq bir neçə gün əvvəl Pirallahı rayon prokuroru təyin edilmiş İbrahim Ləmbəranskinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi vəzifəsində işləmiş Elçin Quliyevlə qohum olması barədə yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, bəzi KİV-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində sahibkar Yaşar Babayevin külli miqdarda pul vəsaitlərinin hədə-qorxu ilə tələb olunması və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Ramil Qədimovun atası Tahir Qədimovun, oğlunun guya ləğv olunmuş MTN əməkdaşları tərəfindən oğurlanması, böhtana məruz qalaraq qanunsuz həbs olunması, eləcə də qeyd edilən idarənin müstəntiqi İbrahim Ləmbəranski tərəfindən qeyri-obyektiv istintaq aparılmasına dair informasiyalar dərc edilib:

“Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən, həmçinin Tahir Qədimovun iddiaları əsassız olduğundan Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur. Bunlar Ramil Qədimovun cinayət məsuliyyətindən yayındırılması məqsədi daşıyır. Göstərilənlərlə əlaqədar bildiririk ki, qeyd edilən cinayət işi Xəzər rayonu, Buzovna qəsəbəsində daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olan sahibkar Yaşar Babayevin özlərini ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxslər tərəfindən külli miqdarda pul vəsaitlərinin hədə-qorxu ilə tələb olunmasına dair şikayət ərizəsi əsasında həmin nazirlik tərəfindən aparılmış araşdırma materialları əsasında 29 sentyabr 2015-ci il tarixdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə başlanmış və istintaqın aparılması idarənin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranskiyə həvalə olunub.
İstintaqla müəyyən edildib ki, Kəlbəcər rayonunun Çərəkdar kəndində qeydiyyatda olmaqla, Gəncə şəhərində məskunlaşmış Ramil Qədimov 2015-ci ilin sentyabrında Bakı şəhərində daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olan Yaşar Babayevin hədə-qorxu ilə külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, özünü imkanlı şəxs kimi nümayiş etdirmək üçün avtomobillərin kirayəyə verilməsi ilə məşğul olan şəxsdən «Range Rover Sport» markalı avtomobili kirayəyə götürüb, həmçinin cinayətkar qrup üzvü vasitəsilə mobil telefon nömrələri əldə edərək 16 sentyabr 2015-ci il tarixdə qrupun digər üzvü Vüqar Həsənovun öyrənib ona verdiyi Yaşar Babayevin istifadəsində olan telefon nömrəsinə zəng vurub özünü Dövlət Neft Şirkətində işləyən "Elnur" adı ilə təqdim edərək 1 hektar torpaq sahəsi almaq istədiyini bildirib. Bundan sonra sonuncunun iş yoldaşları İsmayıl Əsgərov və Nurəddin Aydınovla görüşüb, Buzovna və Qala qəsəbələrində yerləşən torpaq sahələrinə baxaraq guya 200.000 manat müqabilində Buzovna qəsəbəsindən 8 sot, Qala qəsəbəsindən isə 1 hektar torpaq sahələrini almağı razılaşdırıb. Həmin pulun 50.000 manat hissəsini beh kimi ödəmək adı ilə 17 sentyabr 2015-ci il tarixdə qrup üzvləri və şəxsiyyəti istintaqla müəyyənləşdirilən "Samir" adlı şəxslə birlikdə Bakıxanov qəsəbəsində Yaşar Babayevlə görüşüb, sonuncunu kirayəyə götürdüyü "Range Rover Sport" markalı avtomaşına əyləşdirdikdən sonra özünü və avtomaşında olan digər qrup üzvlərini özbaşına vəzifəli şəxs kimi təqdim edərək ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi şöbəsinin əməkdaşları olduqlarını bildirib. Daha sonra Yaşar Babayevin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozub hərəkət sərbəstliyini və azadlığını məhdudlaşdırmaqla istifadəsində olan mobil telefonlarını alıb, avtomobili ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının qarşısına sürərək qeyri-qanuni torpaq alveri ilə məşğul olduğuna görə həbs olunacağı, ofis və avtomobilinə narkotik vasitələr yerləşdirəcəyi, barəsində rüsvayedici məlumatlar yayacağı, təcridxanaya salınmaqla şəxsiyyəti üzərində zor göstəriləcəyi hədəsi ilə ondan 100.000 manat məbləğində külli miqdarda pul tələb edib. Yaşar Babayevin 30.000 manat məbləğində pul verə biləcəyini bildirməsindən sonra onu Bakıxanov qəsəbəsinə gətirərək avtomaşından düşürüb, qrup üzvü Vüqar Həsənova zəng vuraraq bu barədə məlumat verib. Sonrakı günlərdə də 28 sentyabr 2015-ci il tarixədək onunla telefon əlaqəsi saxlamaqla və SMS mesajları göndərməklə pulu ödəməyəcəyi təqdirdə, gecə ilə zorla evindən götürülüb həbs olunacağını bildirib, hədələrini israrla davam etdirib, razılaşdırdığı 30.000 manat pulun ilkin ödəniş 10.000 manat olmaqla, "Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin Gəncə şəhərindəki filialında öz adına açılmış hesablaşma hesabına hissə-hissə ödənilməsini bildirməklə, özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edib.
Qeyd olunan xüsusatlar Ramil Qədimov, Vüqar Hüseynov, zərər çəkmiş şəxs Yaşar Babayev, şahidlər İsmayıl Əsgərov, Nurəddin Aydınov, Zaur Məmmədov və digərlərinin ifadələri, tanınma, üzləşdirmə, ifadələrin yerində yoxlanılması protokolları, mobil telefon nömrələrinin izahlı qaiməsi, antena göstəriciləri və SMS mesajlarının yazılı mətnlərinə baxış, cinayətin predmeti olan pul vəsaitlərinin ödənilməsi üçün Ramil Qədimov tərəfindən bank hesabının açılmasını təsdiqləyən sənədlər və sair sübutlarla təsdiq olunub.
Ramil Qədimov və Vüqar Hüseynov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İ. Ləmbəranskinin Pirallahı rayon prokuroru vəzifəsinə təyin olunması ilə əlaqədar cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin digər əməkdaşına tapşırılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi vəzifəsində işləmiş Elçin Quliyevin İbrahim Ləmbəranski ilə qohum olması barədə KİV-lərdə yayılmış informasiyalar həqiqəti əks etdirmir".
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?