18 yaşlı qızın müəmmalı ölümü - 2 oğlanın qurbanı olub?
Kriminal
Oxunub: 1 044
1 apr 2016 | 19:08
“Bayram günü-qızımın 9-cu mərtəbədən düşüb öldüyü gün həmişəki kimi qızlarıma yemək aparmağa getmişdim. Bacısı ilə birlikdə eyni ticarət mərkəzinin müxtəlif mağazalarında işləyirdilər. Baxdım ki, qəşəng bir kofta geyib... Ağ şalvarı göstərib axşam da onu alacağını söylədi. Dedim, nə gözəlsən, dedi sənin qızınam da, gözəl olmalıyam...”
18 yaşlı qızın müəmmalı ölümü - 2 oğlanın qurbanı olub?
Hər kəsin aşını dəmləyib bayram keçirdiyi bir gündə-martın 21-də Xırdalan qəsəbəsi, Qalibiyyət küçəsində bir qızın intihar etməsi ilə bağlı xəbər yayıldı. Amma onun kimliyi və intiharın səbəbləri barədə dəqiq məlumat verilmədi. Sözügedən hadisəylə bağlı dəhşətli iddialar səsləndirilir. Hüseynovlar ailəsində heç kim 18 yaşlı Lamiyə Hüseynovanın intihar etdiyinə inanmır. Qızının gülümsəyən şəkillərini bağrına basıb ağlayan Yeganə ana Lamiyənin iki oğlanın sevgi mübahisəsinin qurbanı olduğunu bildirir:
“Lamiyənin işlədiyi mağazanın sağ tərəfində Ramin, sol tərəfində isə Xəyyam adlı oğlan işləyirdi. Mənə demişdi ki, Raminin ondan xoşu gəlir. Oğlanın 18-19 yaşlı qızdan xoşu gələr də, məndən gələsi deyil ki?! Biz çox mehriban olmuşuq, nə olsa mənə deyirdi. Həmin söhbətdən 3 ay sonra dedi ki, Ramin çox kobuddur. Xəyyamın da qızımdan xoşu gəldiyini bilirdim. Dedim narahat edirlərsə, danışım onlarla. Dedi, özüm danışacağam, narahat olma. Axı mən nə biləydim balamın başına bu oyunu açacaqlar?! Qızım intihar etməyib, sırf bu iki şəxsin “razborka”sının qurbanı olub”.
Ailənin dediyinə görə, axşamüstü-işin bitməyinə az qalmış Lamiyə mağazanı ətrafdakılara tapşırıb və 5 dəqiqə sonra gələcəyini deyərək çıxıb. Bir müddət sonra isə Xəyyam Lamiyənin böyük bacısı Nuranəyə zəng edərək onun intihar etmək istədiyini deyib:
18 yaşlı qızın müəmmalı ölümü - 2 oğlanın qurbanı olub?“Bir dəfə zəng edib eşitməmişəm, ikinci dəfə açanda dedi “Lamiyə intihar edir, tez gəl!”. Hadisə baş verən bina işlədiyimiz ticarət mərkəzinin yaxınlığındadı. Həyətinə çatanda Ramini gördüm, əlləri cibində binanın həyətindən çıxırdı. Ürəyim rahatladı ki, yəqin heç nə olmayıb. Elə binaların üstünə baxa-baxa gedirdim ki, bir də qarşımda bacımın cansız bədənini gördüm. İnanmadım, fikirləşdim ki, yəqin elə-belə bir şey olub. Əlləri isti idi. Müstəntiq deyir ki, o, bir müddət 9-cu mərtəbədən asılı qalıb, amma əllərində heç nə yox idi, dırnağı belə qırılmamışdı. Başımı qaldıranda Xəyyamı gördüm, o tez mənə dedi ki, mən heç nə etməmişəm, Ramin edib. İndi müstəntiqlə danışanda deyirəm, Ramini həyətdən çıxanda gördüm. Deyir “Ola bilməz. O, orada olmayıb, stressdən sən elə hesab edirsən”. Sonra da başlayırlar Ramini tərifləməyə. Deyir ki, sənin Raminlə şəxsi-qərəzliyin var”.
Mərhumun atası Nəsib Hüseynovun sözlərinə görə isə, qızın səsini ilk eşidən adam binanın mühafizəçisi olub.
Biz də öz növbəmizdə əvvəlcə bacıların işlədiyi “Mega City Abşeron” Ticarət Mərəzinə, daha sonra isə intiharın baş verdiyi yaxınlıqdakı binaya üz tutduq. Binanın mühafizəçisi də ölümün ilk şahidlərindən biri olduğunu təsdiqlədi:
“Həyətdəydim, birdən qışqırıq səsi eşitdim, hələ təzə nə olub deyə baxırdım ki, qız düz qabağıma düşdü. Həyəcandan nə edəcəyimi bilmədim, zəng etmək üçün yuxarı mərtəbəyə qaçanda danışıq səsi eşitdim. Kimsə telefonda “Ramin, indi gəl məni qurtar”, - deyirdi. Aşağı düşəndə həmin adamı tutdum və təhvil verdim. Aydın oldu ki, bu Xəyyam imiş. Ramini isə ümumiyyətlə görməmişəm”.
Mərhumun atası Nəsib Hüseynov dənizdə işlədiyi üçün hadisə baş verən zaman evdə olmayıb. Dediyinə görə, o qayıdandan 7 gün sonra da ölüm hadisəsiylə maraqlanan olmayıb. 8-ci gün ata özü cinayət işinin qaldırılması üçün prokurorluğa müraciət edib. Çarəsiz qalan Nəsib Hüseynov deyir ki, heç kimdən, heç nə istəmir. Bircə qızının qatillərinin cəza almasından başqa...
“Nə olsun o polis oğludu, dayısı Xırdalan bazarının böyüyüdür. Mənim də arxamda duran dövlətim var. Əvvəl-əvvəl hərə bir şey deyirdi, elə gördük, belə eşitdik. İndi hamını susdurublar, bazara girəndə adamlar məndən gen qaçır ki, birdən kimdənsə, nəsə soruşaram. Qızımın telefonu bir gün sonra bazarın girəcəyindən tapılıb. İçində bir dənə də olsun Raminə aid yazışma, zəng yoxdur. Bilinir ki, silinib atılıb hamısı. İzahatlarında deyiblər ki, qızı çağırdıq, xeyli söhbət etdik, sonra intihar edəcəyini dedi. Xəyyam arxasından qaçıb, amma onu saxlaya bilməyib. Kamera qeydlərinə görə, qızım onların yanına 18:36-da gedib. Elə həmin vaxt Xəyyam Nuranəyə zəng vurub, qızım açmayıb, ikinci dəfə 18:38-də isə telefonu açanda Lamiyənin intihar etmək istədiyini deyib. 18:42-də Nuranə bu kameranın qarşısından keçib və o çatanda artıq qızım yerdə idi. Deyirlər, özünü atıb. Müqavinət göstərdiyi üçün ayaq izləri də divarlarda qalıb, özünü atan adam elə çırpınar? Mən deməyim, özünüz baxın”.
Lamiyənin qohumları, bacısı Nuranə onun çox pozitiv, həyat dolu bir qız olduğunu qeyd edirlər. Bacısının uşaqlıqdan bu yana çəkilmiş fotolarını bir-bir göstərən Nuranə onun belə tez həyatdan köçməsini qəbul edə bilmir:

O, mənim kimi deyildi. Həyatı çox sevirdi, pul saxlamışdı ki, anama ad günü hədiyyəsi olaraq filmə aparsın. İncəsənəti çox sevirdi, gözəl əl işləri var, birlikdə nə qədər plan qurmuşduq, inanmıram ki, artıq o, yoxdur...”

Müstəntiq Üzeyir Həmidov məsələnin araşdırıldığını, hələlik konkret şəxlərin ittiham edilməsinin tez olduğunu bildirib:

“Cinayət işi başlanılıb, araşdırma aparılır. Çalışırıq ki, hər şey obyektiv olsun. Məsələylə bağlı hər hansı bir şərh vermək çox tezdir. Hər iki tərəf dindirilib, vəsatətlər alınıb və yaxın zamanlarda həqiqət üzə çıxacaq”.

Qafqazinfo.az
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ