Bakıda oğurluq və quldurluq edən şəxslər saxlanıldı - Foto
Kriminal
Oxunub: 1 101
11 apr 2016 | 21:35
Bakıda oğurluq və quldurluq edən şəxslər saxlanıldı - FotoDaxili işlər orqanları mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq və quldurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində bir-neçə uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsinə rayonun naməlum şəxsin Bakı şəhər sakini Orxan Sultanova zor tətbiq edib mobil telefonunu alması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Əli Məmmədov tutularaq istintaqa təqdim edilib.
Bölmə əməkdaşlarının keçirdiyi daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. Belə ki, keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini Elməddin Abdullayev tutulub. O, rayon ərazisində soyğunçuluq yolu ilə bir nəfər şəxsin mobil telefonunu ələ keçirib.
Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonunda yerləşən mağazalardan birindən oğurluq edən paytaxt sakini Ceyhun Rzayev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, C.Rzayevin oğurluq etməsi obyektin mühafizəçisinin diqqətindən yayınmayıb. Bu səbəbdən saxlanılan şəxs hadisə zamanı onun qarşısını almaq istəyən mühafizəçiyə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib.

Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nin 22-ci PB-nə müraciət edə bilərlər.

Bakıda daha bir oğurluq faktının üstü açılıb. Səbail rayon 8-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də və 8-də Bakı şəhər sakinləri Ağamir Dadaşova və Zamanəddin Qaflanova məxsus evlərdən pul, qızıl əşyalar və sənəd oğurlamış həmyerliləri Niyaməddin Nəsibov, Elxan Əzimov və Aslan Əlizadə tutulublar. İlkin dindirilmə zamanı saxlanılan şəxslər cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı artıq cinayət işi açılıb.

kepeztv.az
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO