Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə zərərsizləşdirildi - Foto
Kriminal
Oxunub: 916
15 apr 2016 | 18:22
Gəncədə ödəmə terminallarını qıraraq oradan pul aparan üç nəfər saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərin müxtəlif yerlərində bir neçə dəfə “MilliÖn” ödəmə terminalını qıraraq oradan pul aparan Gəncə şəhər sakinləri, 1992-ci il təvəllüdlü Tural Əşrəfov, 1990-cı il təvəllüdlü Atil Hacıyev və 1994-cü il təvəllüdlü Həsən Salmanov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, adı çəkilən şəxslər əlbir olaraq 2015-ci ili sentyabr ayında şəhərin Şah İsmayıl Xətai prospektində olan “MilliÖn” ödəmə terminalından nağd pul oğurlayıb talamağa cəhd edib, lakin cinayəti başa çatdıra bilməyiblər.
İkinci cinayət əməlini isə Tural Əşrəfovla Atil Hacıyev bu ilin fevral ayının 14-dən 15-ə keçən gecə şəhərin Atatürk prospektində həyata keçiriblər. Onlar küçədə yerləşdirilən “MilliÖn” ödəmə terminalını sındıraraq içərisində olan 1065 manatı aparıblar. Onlar aparatın müxtəlif hissələrini zədələməklə başqasının əmlakına 1300 manat dəyərində ziyan da vurublar.
Üçüncü cinayət əməli isə saxlanılan hər üç şəxsin iştirakı ilə bu il martın 30-da baş verib. Onlar Nizami küçəsində quraşdırılmış “MilliÖn” aparatını qıraraq dəyəri 310 manat olan pul kasetini və içərisindəki 217 manatı oğurlayıb aparıblar. Həmçinin aparatın müxtəlif hissələrini qıraraq özgəsinin əmlakına 1300 manat ziyan vurublar.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə zərərsizləşdirildi - Foto
Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə zərərsizləşdirildi - Foto
Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə zərərsizləşdirildi - Foto
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır