Yararsız yeyinti məhsullarının satışı, saxta pulların hazırlanması və dərman preparatlarının qanunsuz alqı-satqısının qarşısı alınıb
Kriminal
Oxunub: 1 283
15 apr 2016 | 18:18
Yararsız yeyinti məhsullarının satışı, saxta pulların hazırlanması və dərman preparatlarının qanunsuz alqı-satqısının qarşısı alınıbİnsan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının, o cümlədən ölkənin maliyyə sisteminə təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının, eləcə də psixotrop tərkibli dərman preparatlarının qanunsuz alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən bir neçə uğurlu kompleks əməliyyat tədbirləri həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Saatlı rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı rayon sakinləri əvvəllər məhkum olunan Adıgözəl Xəlilov və Elduz Novruzov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, hər iki şəxs Saatlı və ətraf rayonlardan əldə etdikləri xəstə atları kəsərək Bakı şəhərində mal əti adı altında satışını təşkil etmək istəyiblər. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına təhlükə yarada bilər.

Baş İdarə əməkdaşlarının keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində İmişli rayon sakini İlkin Mehdizadə, Cəbrayıl rayon sakini Vidadi Mehdiyev və Bakı şəhər sakini Müşfiq Əsədli Binəqədi rayonu ərazisində yerləşən kafelərin birində 10000 saxta manatı 3500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Saxlanılan şəxslərdən külli miqdarda saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Dəstə üzvləri bildiriblər ki, saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən pulların müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əskinaslarından çətinliklə seçilir.
Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdiyi daha bir tədbir nəticəsində isə Ağdam rayon sakini İlham Otarud saxlanılıb və onun üzərinə baxış zamanı külli miqdarda “Rivatril” psixotrop dərman preparatı aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlər zamanı onun qadağan olunmuş həbləri Rəşid adlı şəxsdən aldığı məlum olub. Əməliyyat tədbirinin davamı olaraq İ.Otaruda psixotrop tərkibli dərman preparatlarını satan Bakı şəhər sakini Rəşid Ağayev də saxlanılaraq istintaqa təqdim olunub.
R.Ağayevin üzərindən əlavə olaraq külli miqdarda satışı qadağan olunmuş psixotrop tərkibli “Rivatril”, “Klonezapam" və "Relanium" dərmanları da aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işlər başlanıb.

Yararsız yeyinti məhsullarının satışı, saxta pulların hazırlanması və dərman preparatlarının qanunsuz alqı-satqısının qarşısı alınıb
Yararsız yeyinti məhsullarının satışı, saxta pulların hazırlanması və dərman preparatlarının qanunsuz alqı-satqısının qarşısı alınıb
Araşdırmalar davam etdirilir.
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq