19-04-2016, 16:23 Oxunub: 630

Neftçala sakini qardaşını güllələyərək qətlə yetirib - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Neftçalada törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb.
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.

***

Neftçalada qətl hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə radələrində Neftçala rayonu Mirqurbanlı kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Dadaş Cəfər oğlu, qardaşı 1994-cü il Əliyev Fərid Cəfər oğlunu odlu silahla qətlə yetirib.
Hadisənin təfərrüatları Neftçala prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılır.
Hazırda meyit müayinə olunmaq üçün patoloji anatomiya mərkəzinə yerləşdirilib. Hadisə barədə əlavə məlumatlar veriləcək.
Neftçalada ailə dramı Neftçalada ailə dramı Kriminal Neftçalada keçmiş məhkum polisi bıçaqladı Neftçalada keçmiş məhkum polisi bıçaqladı Kriminal Neftçalada sürücü 10 yaşlı qızı öldürdü Neftçalada sürücü 10 yaşlı qızı öldürdü Hadise Ağsuda baş verən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB - Foto Ağsuda baş verən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB - Foto Kriminal DİN Rusiya vətəndaşının Bakı sakinini güllələməsi barədə məlumat yayıb - YENİLƏNİB DİN Rusiya vətəndaşının Bakı sakinini güllələməsi barədə məlumat yayıb - YENİLƏNİB Kriminal