Binəqədi rayonunda iki qonşu arasında davam edən ədavət güllələnmə ilə nəticələnib
Kriminal
Oxunub: 1 577
3 okt 2014 | 08:33
Binəqədi rayonunda iki qonşu arasında davam edən ədavət güllələnmə ilə nəticələnibHadisə Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yerləşdiyi yataqxananın qarşısında baş verib. Ağdam rayonundan məcburi köçkün düşən 41 yaşlı Hicran İbrahim oğlu Səfərov özünə məxsus ov tüfəngindən açdığı atəşlə həmyerlisi 56 yaşlı Rövşən Savalan oğlu Əliyevi və Rövşənin oğlu 16 yaşlı Ayxanı ağır yaralayıb. Ətrafda yaşayan qonşularla söhbətdən bəlli olub ki, Səfərovlarla İbrahimovların arasında əvvəlcədən ədavət olub.

Ailələr arasında ədavətin olmasını qonşularını güllələyən Hicran Səfərovun qardaşı Əliağa İsmayılov da təsdiqləyib. Əliağanın sözlərinə görə, ailələr arasında narazılıq iki ay əvvəl başlayıb.
Əliağa İsmayılov deyir ki, qardaşı silaha özünü müdafiə etmək üçün əl atmalı olub. İsti izlərlə yaxalanaraq istintaqa təhvil verilən Hicran Səfərov Rövşən Əliyevlə münasibətlərinin iki ay əvvəl pozulduğunu bildirib. O zaman Rövşənin oğlu Hicranın oğlu ilə dalaşıb.
Səfərovun sözlərinə inansaq iki ay əvvəl baş verən insidentdən sonra qonşusunun nə vaxtsa onun üstünə gələcəyini hiss etdiyi üçün özünə ov tüfəngi alıb.

Hicran Səfərov tərəfindən güllələnən ata ilə oğlu 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər yaralıların vəziyyətini ağır kimi qiymətləndirib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, cinayət aləti olan ov tüfəngi və zərərçəkmişlərin əlində olan dəmir parçaları maddi sübut kimi götürülüb. Faktla əlaqədar Binəqədi rayon Prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

http://kepeztv.az
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub