Azərbaycanlı həkim Rusiyada niyə döyüldü?
Kriminal
Oxunub: 968
24 apr 2016 | 17:55
Bir neçə gün əvvəl Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı həkim komadan ayılıb.
Azərbaycanlı həkim Rusiyada niyə döyüldü?
Bu barədə məlumatı virtualaz.org-a cərrah Emin Usubovun yaxınları veriblər. Onların bildirdiyinə görə, artıq iki gündür ki, yaralı həkim danışa bilməsə də, ətrafdakılara reaksiya verməyə başlayıb. Ağır vəziyyətdə olan həkimin səhhəti ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyindən də müalicə olunduğu xəstəxanayla təmaslar qurulub.

Xatırladaq ki, Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu cərrahiyyə şöbəsinin aparıcı elmi əməkdaşı, azərbaycanlı göz cərrahı Emin Usubov aprel ayının 14-də axşam saat 9 radələrində Ufa şəhərinin Nijeqorodka kəndindəki “Luç” mağazasının qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Başqırdıstan Respublikası Daxili İşlər Nazirliyinin açıqlamasına görə, hadisə zamanı Emin Usubovun üzərində olan və qanuni qeydiyyatdan keçmiş travmatik silahla müdafiə olumaq istəyi basqınçıları daha da qəzəbləndirib. Onlar E.Usubovu amansızlıqla döyərək ağır bədən xəsarətləri yetiriblər.
Artıq baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb, həbs olunanlar var.
Yerli sakinlər isə bildiriblər ki, həkim və tanışı 6 nəfər gənc sərxoşun səbəbsiz və qəfil hücumuna məruz qalıb. Hətta basqınçılar hücum zamanı dəyənəklərdən istifadə edib və həkimin tanışının üstündən maşınla keçmək istəyiblər.

…Aldığı xəsarətlər nəticəsində Emin Usubovun çənə və almacıq sümükləri, burnu sınıb, ağır vəziyyətdə Ufa Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Tanınmış cərrah, 35 yaşlı Emin Usubov əslən Salyan rayonundandır. Ufada 2002-ci ildən yaşayır. Azərbaycanda Tibb Universitetini bitirdikdən sonra Ufa Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aspiranturiya qəbul olunub və orada dissertasiya müdafiə edərək elmlər namizədi dərəcəsi alıb.

Elə bu şəhərdə də ailə qurub, 12 yaşlı bir qızı var. İşlədiyi müddətdə böyük elmi uğurlar qazanmış Emin Usubov 4 patentin və onlarla elmi məqalənin müəllifidir. Hazırda doktorluq işi üzərində işləyir.

Artıq həkimin Bakıda yaşayan valideynləri və tanınmış diş həkimi olan qardaşı ağır vəziyyətdə olan Emin Usubovun yanındadırlar.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...