3-10-2014, 08:42 Oxunub: 1 162

Ucarda 19 yaşlı gənc intihar edib

Ucarda 19 yaşlı gənc intihar edib.

Ucar rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə oktyabrın 2-dən 3-nə keçən gecə şəhərin Səməd vurğun küçəsi, ev 29-da qeydə alınıb.
1995-ci il təvəllüdlü şəhər sakini İsgəndərov Firudin Artur oğlu özünü yaşadığı evin həyətindəki qoz ağacından asaraq intihar edib. İntiharın səbəbi Ucar Rayon Prokurorluğu tərəfindən araşdırılır.