Bakıda AİLƏ DRAMI - ata həbsxanada, oğul dəlixanada, gəlin qəbirdə - Foto - TƏFƏRRÜAT
Kriminal
Oxunub: 814
28 apr 2016 | 19:51
Bakıda AİLƏ DRAMI - ata həbsxanada, oğul dəlixanada, gəlin qəbirdə - Foto - TƏFƏRRÜATAprelin 27-də Suraxanı rayonu Bülbülə qəsəbəsində törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın hadisə yerində olmuş əməkdaşı xəbər verir ki, 64 yaşlı Yuri Rojkov gəlini, 34 yaşlı Berezuyeva İnna Eduardovnanı qətlə yetirərkən evdə onlardan başqa kimsə olmayıb. Belə ki, dünən evdə yemək bişirən İnna ondan 9 yaş kiçik olan həyat yoldaşı Valerini ərzaq almaq üçün mağazaya göndərib. Bu zaman gəlinlə qayınatası arasında bəlli olmayan səbəblərdən münaqişə yaranıb və Y.Rojkov oğlu ilə qeyri-rəsmi nikahda olan qadını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.
Bildirilir ki, hadisəni törədən Y.Rojkovun həyat yoldaşı 1 ilə yaxındır vəfat edib. Onun böyük oğlu isə 15 yaşından ruhi əsəb xəstəxanasındadır. Özünün də ruhi-əsəb problemləri olan 64 yaşlı kişi bir müddət əvvəl dispanserdə müalicə olunurmuş. Onun kiçik oğlu Valeri isə anasının vəfatından sonra sevgi münasibətində olduğu İnnanı evə gətirib. Avtomobil və motosiklet təmiri ilə məşğul olan 25 yaşlı Valeri 1 ay əvvəl dispanserdə müalicə olunan atasını evə gətirərək normal həyata qayıtmasına kömək etmək istəyib. Maddi imkanı o qədər də yaxşı olmayan gənc oğlan imkan tapıb evi də təmir etdirib.
Qonşularının bildirdiyinə görə, Rojkov ailəsində irsi ruhi xəstəlik olub. Bununla belə, qonşular evin kiçik oğlu olan Valerini zəhmətkeş, sakit təbiətli şəxs kimi xarakterizə ediblər.
Hadisədən sonra polis tərəfindən saxlanılan Y.Rojkov ilkin ifadəsində qətli hansı səbəbdən törətdiyini izah edə bilməyib və olayı tam xatırlamayıb. O, həmçinin qorxduğu üçün qadına 18 bıçaq zərbəsi endirdiyini deyib.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

***

Bu gün Bakının Suraxanı rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub.
Lent.az-ın hadisə yerində müxbirinin verdiyi məlumata görə, qətli törədən 1952-ci ilə təvəllüdlü Yuri Rojkov ruhi xəstə imiş. O, uzun müddət ruhi-əsəb xəstəlikləri dispanserində qalıb. Bir müddət əvvəl isə oğlu onu oradan çıxarıb evə gətirib ki, normal həyata qayıtsın.

Əməkdaşımızın əldə etdiyi məlumata görə, Y.Rojovun oğlu 1982-ci il təvəllüdlü İnna Berezuyeva ilə ailə həyat qurubmuş və onlar birlikdə yaşayırmışlar. Lakin aralarında rəsmi nikah yox imiş. Hadisə isə belə baş verib: Evdə gəlini ilə tək qalan ruhi xəstə Yuri Rojkov hələlik müəyyən edilməyən səbəblərə görə onunla mübahisə edib... və düz 18 bıçaq zərbəsi ilə gənc qadını qətlə yetirib.

***

Bakıda qətl törədilib.
Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Yuri Rojkov oğlu ilə qeyri-rəsmi nikahda olan 1982-ci il təvəllüdlü İnna Berezuyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.
Hadisəni törədən Y. Rojkov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)