4-05-2016, 18:56 Oxunub: 566

Gəncədə 52 yaşlı qadını qətlə yetirən şəxs tutulub - Yenilənib

Gəncədə 52 yaşlı qadını qətlə yetirən şəxs tutulub

Gəncə şəhər sakinin evində bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirən şəxs müəyyən olunaraq saxlanılıb. Məlum olub ki, cinayəti törədən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü İlham Abbasovdur. İlkin ehtimala görə qətl borc üstündə törədilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.

***
Gəncədə bıçaqlanan qadın ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılova orada dünyasını dəyişib. Ona 8 bıçaq zərbəsi vurulub.
İlkin ehtimala görə, qadın tanışı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

***
Gəncədə bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılova qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gəncədə kişi arvadının boğazını kəsdi Gəncədə kişi arvadının boğazını kəsdi Hadise Samux rayon sakini döyülüb Samux rayon sakini döyülüb Kriminal Gəncədə qanlı dava: gənc oğlan xəstəxanalıq oldu Gəncədə qanlı dava: gənc oğlan xəstəxanalıq oldu Kriminal Gəncədə qızı keçmiş nişanlısı bıçaqladı Gəncədə qızı keçmiş nişanlısı bıçaqladı Kriminal 18 yaşlı Gəncə sakini bıçaqlanıb 18 yaşlı Gəncə sakini bıçaqlanıb Kriminal