22 yaşlı gəncin müəmmalı ölümü: boğulma, yoxsa, qətl... - -Foto - şok TƏFƏRRÜAT, REPORTAJ
Kriminal
Oxunub: 931
5 may 2016 | 20:12
22 yaşlı gəncin müəmmalı ölümü: boğulma, yoxsa, qətl... - -Foto - şok TƏFƏRRÜAT, REPORTAJAvrasiya Universitetinin 3-cü kurs tələbəsi Kənan Muradovun aprelin 18-də cansız bədəni Lökbatan qəsəbəsindəki göldən çıxarılıb. Dostları ilə birgə gölə balıq tutmağa gedən Kənanın suda boğularaq ölməsi ilə bağlı irəli sürülən ilkin versiya ilə ailə üzvləri razılaşmır.
Kənanın ailəsi onun ölümündən sonra hadisə yerində olan şəxslərin ziddiyyətli ifadələr verdiyini və meyitin üzərində zorakılıq izlərinin olduğunu deyir. Bunları əsas gətirən Muradovlar ailəsi övladlarının öldürülə biləcəyini düşünür.
Muradovlar ailəsi Zəngilan rayonundan məcburi köçkündürlər və Lökbatan qəsəbəsində, 5-ci massiv, ev 48-də yaşayırlar. Kənan Məmmədovun ailə üzvləri musavat.com-un əməkdaşlarına hadisə günü və ondan sonra baş verənlərdən danışıblar.
Mərhumun atası Cəlal Muradov hadisə baş verən gün Kənanın evdən universitetə getmək adı ilə çıxdığını deyir. Anasına universitetə getdiyini deyən Kənan səhər saat 10 radələrində evdən ayrılıb.
Universitetdə KVN proqramına hazırlığın olduğunu deyən Kənan anasına ondan nigaran qalmamasını da tapşırıb. Sonuncu dəfə isə saat 18:15 radələrində anası ilə telefonla danışıb və evə bir az gec gələcəyini deyib.

Ölümlə nəticələnən əyləncə...

Lakin sonradan Kənanın universitetə yox, Lökbatandakı gölə balıq tutmağa və dostları ilə yeyib-içməyə getdiyi məlum olub. Hadisə baş verən gün Kənanın yanında uşaqlıq dostu Mərifət Ağayev, onun əmisi oğlu Pərviz və Elnur adlı şəxslər olub.

Elnur adlı şəxsin qayığı olub və göldə balıq tutmaqla məşğul olurmuş. Cəlal Muradovun dediyinə görə, həmin şəxs haqda ətraflı məlumatı olan yoxdur: “Bu adamın kim olduğu bilinmir. Haqqında müsbət fikir deyən yoxdur. 43-45 yaşlarındadır. Oğlumla onun tanışlığı, əlaqəsi haradandır, bilmirəm. Guya, bu balıqçı olub və onları göldə balıq tutması üçün öz qayığı ilə gölün ortasına aparıb”.
Ailəni şübhələndirən məqamlar...

Kənanın ölümü ilə bağlı bir neçə şübhəli məqam var. Bunlar şahidlərin ifadəsi və cəsədin üzərində zorakılıq əlamətlərinin olmasıdır.

Mərhumun atası hadisə baş verəndən bir neçə dəqiqə sonra oğlunun dostu olan Mərifətin kiçik qardaşının ona xəbər gətirdiyini deyir: “Mərifətin qardaşı Mətləb işlədiyim mağazaya gəldi. Dedi ki, Kənan gölə düşüb, ona paltar lazımdır. Rəngi ağarmışdı, yaman qorxmuşdu. Bildim ki, nəsə olub. Qardaşımgilə zəng elədim ki, gölün yanına gəlsinlər. Gölə çatanda Mərifəti gördüm. Qorxudan əsirdi. Dedi ki, Kənan qayıqdan düşüb, boğulub”.
Ailəni əsas şübhələndirən məqam Kənanın üzməyi çox yaxşı bacarmasıdır. Dayısı və əmiləri Kənanın dənizdə ən dərin yerlərdə üzməyi bacardığını və onun boğulma versiyası ilə razılaşmadıqlarını söyləyirlər.
Hadisə aprelin 16-da saat 18 radələrində baş verib. Kənanın cəsədi 2 gün sonra - ayın 18-də göldən xilasedicilər tərəfindən çıxarılıb. Kənanın cəsədi çıxarılarkən paltarları əynində olub, mobil telefonu isə cibində...

Ziddiyyətli ifadələr...

Kənanın atası deyir ki, hadisə baş verən yerə gedəndə ilk gördüyü Mərifətdən hadisənin necə baş verdiyini soruşub. Mərifət bu zaman Kənanın atasına qayığın suda yelləndiyini və Kənanın gölə düşdüyünü deyib.

“Mərifətin əmisioğlunu tanımırdım. O da orada olub. Qayıqçı və Pərviz fərqli ifadələr verib. Biri deyib ki, qayıq çevirilib, biri də deyib ki, Kənanla Pərviz suya düşüb. Pərvizi çıxara biliblər, amma Kənanı yox... Kənanı çıxarmağa ehtiyac yox idi. O özü üzməyi çox gözəl bacarırdı. Elnur ifadəsində Kənanı xilas edə biləcəyini deyib. Xilas edə bilmədiyi üçün isə vicdan əzabı çəkdiyini bildirib” - deyə Kənanın atası qeyd edir.
Əsas şübhəli məqamlardan biri də Elnur adlı şəxsin hadisədən bir gün sonra qaçmasıdır. Onu daha sonra polis əməkdaşları taparaq, polis bölməsinə gətiriblər və ifadəsini alıblar. Digər qaranlıq məqam Kənanın boğazında izlərin olmasıdır.
Cəlal Muradov deyir ki, cəsədi çıxaran zaman onun boğazında qan izləri də olub: “Kənanın boğazında şəkillərdən də aydın göründüyü kimi, izlər var. Boğazının yan tərəflərindən də qan çıxmışdı. Ekispertizanın cavabını gözləyirik. Kənan göldən düşdüyü yerdən çıxarıldı”.

22 yaşlı Kənanın yanında olanlar kimlərdir...

Kənan hadisə baş verən gün ilk olaraq Elnur adlı şəxslə görüşüb. Daha sonra görüş yerinə digər şəxslər gəlib. Mərifət Kənanın uşaqlıq dostu olub. Elnurla görüşən Kənan daha sonra Mərifətə zəng edərək, gölə gəlməsini istəyib.

“Mərifət bizim evə tez-tez gələrdi. Kənan da onların evinə gedərdi. Uşaqlıqdan bir yerdə böyüyüblər. Ancaq Mərifətin əmisi oğlunu tanımırdım. Sonradan öyrəndik ki, həmin Pərviz bir müddət əvvəl öz dostunu bıçaqlayıb. Lakin onu məhbəs həyatından xilas edə biliblər. Elə bu hadisədə ən şübhəli adamlar da Pərvizlə Elnurdur” - deyən Cəlal Muradov istintaqın gedişindən də narazılığını dilə gətirdi.
Ekspertizanın cavablarının 15 günə məlum olacağı deyilsə də, bu günədək heç bir nəticə yoxdur. C.Muradov işi araşdıran müstəntiqlə mayın 4-də danışdığını, lakin hələlik heç bir yeniliyin olmaması ilə bağlı cavab aldığını bildirdi: “Deyirlər ki, gözləyin. Bu günə qədər bir nəticə yoxdur. Mərifətin atası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevdir. Hadisədən sonra onların ailə üzvlərindən heç kimi görməmişik. Onlar bizimlə qonşu sayılırlar. Eyni məhəllədə oluruq. Lakin buradakı evlərində yoxdurlar. Hadisədən sonra heç birini bu evlərində görən olmayıb”.

C.Muradov istintaqın qısa zaman ərzində şübhəli məqamları aydınlaşdırmasını istəyir. Hələ ki, ekspertizanın rəyini gözləyən C.Muradov işin ədalətli araşdırlması üçün ölkə rəhbərliyinə də müraciət edəcəyini qeyd etdi.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO