Oğlu 15 il həbs cəzası alan ana niyə sevindi? - MƏHKƏMƏ QEYDLƏRİ - YENİLƏNİB
Kriminal
Oxunub: 2 467
16 okt 2014 | 17:55
Oğlu 15 il həbs cəzası alan ana niyə sevindi? - MƏHKƏMƏ QEYDLƏRİ - YENİLƏNİBBakıda həkimi öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçən il Bakının Nərimanov rayonunda kardioloq Cavid Həmişəyevin qətlində təqsirləndirilən şəxslərin məhkəməsində qalmaqal yaşanıb. Lent.az-ın məlumatına görə, bu gün hökm oxunacağından həm zərərçəkən, həm də təqsirləndirilən şəxslərin yaxınları məhkəməyə gəlmişdilər. İclas başlamazdan əvvəl, mərhum kardioloqun anası zala daxil olarkən özünü təqsirləndirilənlərə tutaraq onlara belə dedi: Bütün Azərbaycana, türk dünyasına lazım olan bir həkimi öldürmüsünüz. Bütün ölkə bu qətldən danışır. Əgər elə qəhrəman idinizsə, gedib erməniləri öldürərdiniz. Qana qan, ölümə ölüm tələb edirəm.
Bundan sonra zalda qarşıdurma yaranıb. Təqsirləndirilən şəxslərdən 20 yaşlı Koroğlu Məmmədovun anası ilə C. Həmişəyevin anası arasında söyüşlü mübahisə yaranıb. K. Məmmədovun anası mərhumun fahişəxanalarda gəzdiyi, pul qarşısında qadınlarla cinsi əlaqəsinin olmasını həkimə yaraşdırmadığını bildirib.
Bu mübahisəyə cinayətdə təqsirli bilinən Türkan Ağayeva da qoşulub. Koroğlunun anası isə üzünü Türkana tutaraq onu "Səni özümə gəlin kimi görürdüm. Mənə 3 oğlan dünyaya gətirəcəyini söz vermişdin, ay Türkan. Niyə belə oldu axı, Koroğlu səni sevirdi".
Bu anda Türkan Ağayeva həmin qadına "Elə indi də sevir. Mənim indi də dərdimdən ölür " deyə cavab verib.
Qətlə yetirilən həkimin anası da söhbətə qarışıb və təqsirləndirilənlər arasında olan 22 yaşlı Türkan Ağayevanı fahişə adlandırıb. "Sənin oğlumu tanıyan yerdə başına daş düşərdi. Elə Koroğlunun o bıçaq zərbələri endirən yerdə əlləri quruyardı".
T.Ağayeva isə zərərçəkənə "Oğlun məni istəməsəydi, məndən uşaq istəməzdi də" deyə cavab verib və mübahisə daha da qızışıb. Bu zaman məhkəmə işçiləri araya girərək mübahisənin qarşısını alıb və məhkəmə sədri zala daxil olub.
Hakim Rauf Əliyev təqsirli bilinən şəxslərdən son sözlərini deməyini istəyib. Təqsirli şəxslər isə bir ağızdan "Allahu Əkbər" deyiblər və onlara təqsirləndirilən şəxslərin yaxınları da qoşulub.
Hakimlər təqsirləndirilən şəxslərin son sözünü dinlədikdən sonra hökmü elan etmək üçün müşavirəyə çıxıblar. Bu zaman Koroğlu Məmmədovun anası mərhumun anasına yalvarmağa başlayıb. "Bir oğlum 21 yaşında ölüb. Onu Qarabağda ermənilər amansızlıqla öldürüb. Ermənistan qaçqınıyıq, Azərbaycana sığınmışıq. Naxçıvanda nə zülmlə uşaqlarmı böyütmüşəm. Bağışlayın oğlumu, hadisə di də olub, böyüklük sizdə olsun".
Lakin qətlə yetirilən həkimin anası ondan kömək istəyən qadına sərt cavab verib Bunu görən K. Məmmədovun qardaşı Cavid Həmişəyevin anasını üzərinə yeriyib. "Sənin mənim anamı təhqir etməyə haqqın yoxdur". Məhkəmə nəzarətçilərinin müdaxiləsindən sonra tərəflər yerlərinə çəkilib, K. Məmmədovun anası isə mərhumun anasına "Burdan çıxıb nəslinizi kəsərəm" deyib.
Bundan sonra hakimlər müşavirədən qayıdıb və hökmü oxuyublar. Qətldə təqsirləndirilən Koroğlu Məmmədov və Yasin Ərəbov 15, Ağayeva Türkana isə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Lakin mərhumun anası bu hökmlə razılaşmayıb: "Mənim cavan yaşda oğluma 29 bıçaq zərbəsi vurdular, 15 il aldılar. Bu belə qalmayacaq".
Təqsirləndirilən şəxslərin yaxınları isə hökmdən razı qalıblar. K. Məmmədovun anası məhkəməyə təşəkkür edib və oğluna ömürlük həbs cəzası verilmədiyinə görə minnətdarlıq edib.

*****

15:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tamah məqsədi ilə həkimi öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Bağırlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda müttəhimlər Koroğlu Məmmədova 15 il, Yasin Ərəbova 15 il, Türkan Ağayevaya isə 14 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun meyiti ötən il mayın 25-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında aşkarlanıb.
C.Həmişəyev Tibb Universitetinin tərkibində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri işləyib. Onun qətlə yetirildiyi ev də yaşadığı mənzil olmayıb. Həkim bu mənzili dostları ilə birlikdə kirayələyib.
Araşdırmalar zamanı məlum olub ki, C.Həmişəyev mənzildə tez-tez qadınlarla görüşüb. Budəfəki görüş isə acı sonluqla nəticələnib. C.Həmişəyevin meyiti evdə aşkarlanıb, onun şəxsi əşyaları, hətta paltarları da evdə tapılmayıb.
Hüquq-mühafizə orqanları C.Həmişəyevə məxsus 90 NU 363 dövlət nömrə nişanlı "Mercedes MLK" markalı avtomobilin də yerində olmadığını müəyyənləşdirib. Elə gecə saat 2 radələrində də avtomobil paytaxtın 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.

Maşında olan Türkan Ağayeva, Yasin Ərəbov və Koroğlu Məmmədov həbs ediliblər. Onlar ilkin ifadələrində C.Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR