Lənkəranskinin ölümü ilə bağlı: Canıyev necə Əliyev olub?

Lənkəranskinin ölümü ilə bağlı: Canıyev necə Əliyev olub?









Bu gün Türkiyədə qətlə yetirilməsi xəbəri yayılan məşhur “qanuni oğru” Rövşən Lənkəranski barədə bir-birini təkzib edən informasiyalar yayılır.

Bəzi media orqanları dünən axşam güllələnən şəxsin əslində Lənkəranski olmadığını bildirirlər. Bu iddia ilə çıxış edənlər Türkiyə mediasında qətlə yetirilən şəxsin Əliyev soyadlı olduğuna əsaslanırlar. Bilidirilir ki, Lənkəranski ləqəbi ilə tanınan Rövşənin soyadı Əliyev deyil, Caniyevdir.

Lənkəranskinin Əliyev kimi göstərildiyi pasportu olub. Bu barədə 2013-cü ildə mətbuatda məlumatlar getmişdi.

Həmin il Azərbaycana doğum gününü qeyd etməyə gələn Lənkəranski “Milyonerlər məhlləsi” kimi tanınan («Gənclik» metrostansiyasının yaxınlığı-red) ərazisindəki evində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ələ keçirilmişdi.

Məlum olmuşdu ki, Canıyev hava limanından saxta pasport vasitəsiylə keçib. O da aşkarlanmışdı ki, həmin pasportda Rövşənin soyadı Əliyev göstərilib.

İtaliya interpolu onun barəsində axtarış elan etdiyi üçün, hazırda Türkiyədə Rövşən Əliyev ad-soyadı ilə, yəni həmin pasportla yaşayır. O, bu soyadla iki dəfə Ukraynada saxlanılaraq deport olunub.

Görünür, dünən gecə baş verən hadisə vaxtı Türkiyə hüquq-mühafizə orqanlarının aşkarladığı sənəd elə həmin pasport olub.

Bu arada Canıyevin qətlə yetirilməsi ona yaxın olan şəxslər tərəfindən AzNews.az-a təsdiqlənib.
XƏBƏR LENTİ
Bütün xəbərlər
Maraqlı
"Həkimə gedib nəsə edirlər ha, elə qızı oğluma almaram, mənə pak..." - Nadirdən BİABIRÇI VİDEO
Azərbaycanda bu da oldu: "Kişi" müğənni azyaşlıların gözü önündə göbək rəqsi oynadı - Video
Bakı sakini iddia edir ki, 12-ci imamdır - Video
Azərbaycan telekanallarının reytinqi ilk dəfə açıqlandı - Hansı kanal neçəncidir?
Yediyiniz sosiska və kolbasaları necə hazırlayırlar? - Dəhşətli video
Həftənin çox oxunanları
Video
"Həkimə gedib nəsə edirlər ha, elə qızı oğluma almaram, mənə pak..." - Nadirdən BİABIRÇI VİDEO
Səmra İslamiadada şou göstərdi - Ərəblərin ağzı açıq qaldı (Video)
Bakı sakini iddia edir ki, 12-ci imamdır - Video
Seksoloq: "Yataq sohbetlerinden, er-arvad problemlerinden danisanda niye deyirsiz ki ayibdir?"
Heydər Əliyevin ziyalılarla səmimi söhbəti - Heç vaxt yayımlanmayan kadrlar (Video)