Rövşən Lənkəranski kimdir?
Kriminal
Oxunub: 1 132
18 avq 2016 | 11:32
Rövşən Lənkəranski kimdir?








O, gənc yaşlarında atasının qatilini hakimin qabağında güllələyib.

Azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) növbəti dəfə mətbuatın gündəmini zəbt edib.

Bu dəfə o, ölüm xəbəri ilə gündəmə gəlib.

Düzdür, bəzi KİV-lər onun öldürülmədiyini də iddia edir...

Oxuculara isə istənilən halda bu, maraqlıdır: Rövşən Lənkəranski kimdir?

Canıyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi, ünvan 26-da qeydiyyatdadır. Astara Rayon Xalq Məhkəməsinin 15.10.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddə ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Səbail Rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi haqqında qərar çıxarıb.

2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rövşən Canıyev cinayət məsuliyyətindən azad edilib.

2002-ci ildə isə Rövşən Canıyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci il tarixdə axtarış elan olunub.

2009-cu il dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

2010-cu ildə dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o, azadlığa çıxıb.
Yeri gəlmişkən, Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.

Rusiyada yaşayan Rövşən Lənkəranskinin “Ded Xasan”ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə - Dubaya getdiyi deyilirdi. Dubayla yanaşı o, mütəmadi olaraq İstanbulda da görünürdü.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb