Rövşən Lənkəranski ilə bağlı gözlənilməz xəbər
Kriminal
Oxunub: 4 127
18 avq 2016 | 21:15
Rövşən Lənkəranski ilə bağlı gözlənilməz xəbər









Qətllə bağlı şok iddia - “Onu kürdlər böyük məbləğə öldürüblər”

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölüm hökmünə hələ 2013-cü ildə, “kriminal aləmin generalı” Aslan Usoyanın qətlindən sonra qərar verilib.

Bu barədə “Rosbalt.ru” saytı yazıb.

İstanbulda baş vermiş qətl hadisəsi ilə bağlı məlumatı olan mənbələrdən biri “Rosbalt”a bildirib ki, Rövşən Canıyev avqustun 17-də gecə saatlarında İstanbulda hotellərdən birinin restoranında komandasının üzvləri ilə görüşüb.

“Daha sonra Rövşən hoteldən çıxıb və sürücüsünün olduğu “Range Rover” markalı avtomobilinin arxa oturacağında əyləşib. Avtoritetin maşınını arxadan içərisində bir neçə mühafizəçinin olduğu digər bir avtomobil müşayiət edib. Rövşənin içində olduğu “Range Rover” yerindən tərpənən zaman, arxadakı maşın gözləmə mövqeyini seçib. Məhz bu, həmin maşındakı şəxslərin ölümünün qarşısını alıb.

“Range Rover” gözlənilmədən ağır atəşə tutulub. Atəş açanlar ən azı 3 nəfər olub. Onlar mühafizəçilərin olduğu avtomobili də güllə-baran etmək istəyiblər. Lakin sürücü sürətlə geri sürüb və hadisənin baş verdiyi ərazidən uzaqlaşıb.

Çoxlu güllə yarası almış Rövşən xəstəxanaya çatdırılıb, lakin orada həyatını xilas etmək mümkün olmayıb. Canıyev doğma vətəni Azərbaycanda dəfn olunacaq”, - mənbə söyləyib.

Eyni zamanda adıçəkilməyən mənbənin sözlərinə görə, Rövşənin qətlinin təşkilatçıları kürdlər olub: “Onlar daha öncə “Ded Həsən”in ölümündə günahkar bildikləri Lənkəranskidən intiqam almaq istəyiblər. Aydındır ki, bu qətliamı törətmək üçün digər “vorzakon”lar kürdlərə külli miqdarda pul ödəyiblər”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...