Bakıda hakim oğlunun öldüyü qəza ilə bağlı yeni təfərrüatlar- 90 AA ..., narkotik, üzləşmə...
Kriminal
Oxunub: 1 210
8 noy 2016 | 15:11
Bakıda hakim oğlunun öldüyü qəza ilə bağlı yeni təfərrüatlar- 90 AA ..., narkotik, üzləşmə...







Hakim oğlunun ölümündə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə porsesi olub.
Bakı Ağır Cinayətlər Məhləməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rəhim Kərimovun vəkili Orxan Əhmədov bir neçə vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə hadisə zamanı sərxoş olması ilə bağlı ittiham verilib: "Bununla bağlı ekspertiza keçirilib, ekspertiza onun sərxoş olmasını müəyyən etməyib. Onun sərxoş olması barədə sübut yoxdur".

Vəkil müdafiə etdiyi şəxsin hadisə yerindən qaçması ilə bağlı ittihama da münasibət bildirib.

O deyib ki, Rəhim Kərimov hadisədən sonra mərhuma yardım göstərib və bununla bağlı kamera görüntüləri də var.

Vəkil onu da əlavə edib ki, təqsirləndirilən şəxsin qəzanı törədən zaman həmçinin narkotik vasitənin təsiri altında olması haqda ittihamda yer alan hissənin də əsassız olduğunu deyib.

Qəza zaçanı sskan arxasında Musa Mahmudovun olub-olması ilə bağlı ziddiyyətlərin də araşdırılmadığını deyən vəkil cinayət işinin baxılmasına xitam verilməsini xahiş edib.

"Musa Mahmudov istintaqda da sükan arxasında olmasını etiraf edib"-deyə vəkil bildirib.

O, işin istintaqa qaytarılması, sadaladığı sübutların cinayət işindən xaric edilməsini istəyib.

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

Məhkəmənin baxışı iclası noyabrın 22-nə təyin edilib.

Hadisənin təfərrüatı ilə bağlı qeyd edək ki, avtomobil qəzası bu ilin may ayında baş verib.

Qəza zamanı Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu qəzada ölüb.

Saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub.

R.Allahverdiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib.

Ölən 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub.

Onun atası Elbəy Allahverdiyev daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qəzanı törədən Rəhim Kərimovun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllər Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin də üzvü olub.

Məlumata görə Yüzasif Kərimov bu hadisədən sonra vəzifədən uzaqlaşdırılıb.

Rəhim Kərimovun idarə etdiyi 90 AA 969 dövlət nömrə nişanlı avtomobil "Real" MMC qeydiyyatında olub.

Mərhum Rüfət Allahverdiyev nişanlı idi.

(musavat.com)
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO