Bakıda silahlı basqının qarşısı alındı- 5 nəfər həbs olundu - Foto
Kriminal
Oxunub: 1 533
11 noy 2014 | 16:58
Bakıda silahlı basqının qarşısı alındı- 5 nəfər həbs olundu - FotoBakı şəhər Baş Polis İdarəsinin əməkdaşları quldurluq cinayəti törətməyə hazırlaşan 5 nəfərdən ibarət dəstə zərərsizləşdirib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bir qrup şəxsin Xətai rayonu ərazisində vətəndaşlardan birinin evinə quldur basqını edəcəyi barədə Baş İdarəyə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində dəstənin üzvləri - əvvəllər də ağır cinayətlər törətdiklərinə görə dəfələrlə məhkum olunublar 37 yaşlı Natiq Yusifov, 33 yaşlı Cəllad İsmayılov, 28 yaşlı Rahib Hüseynov, 47 yaşlı Elşən Rəhimov və 23 yaşlı Nahid Allahverdiyev saxlanılıblar. Saxlanılan şəxslərin üzərinə baxış zamanı 1 ədəd pnevmatik qaz tapançası, 1 ədəd beşbarmaq, 5 ədəd bıçaq, idman papağından hazırlanmış maskalar, əlcəklər, yapışqan lent və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, cinayətin planını dəstənin fəalı Elşən Rəhimov hazırlayıb. O, tanışı Natiq Yusifova tapşırıb ki, quldurluq etmək üçün gözəgəlimli evlər tapsın. Natiq Yusifov bir neçə gün müşahidələr apardıqdan sonra Elşən Rəhimovu Neapol küçəsində yerləşən evlərdən birinin yaxınlığına gətirərək ünvanı göstərib.

Dəstə üzvləri gecə saatlarında özləri ilə pnevmatik tapança, beşbarmaq, bıçaq, maska, əlcək, yapışqan lent də götürərək quldurluq edəcəkləri evin yaxınlığına gəliblər. Onlar gecə yarısı başlarına maska keçirərək quldur basqınına başlamaq istəyiblər. Lakin əməliyyatçılar onları yerindəcə yaxalayıblar. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Dəstə üzvlərinin ehtimal olunan digər cinayətləri araşdırılır.
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE