Bakıda oğul, ana, nənə həbs olunub: polis əhaliyə müraciət etdi
Kriminal
Oxunub: 1 432
13 noy 2014 | 18:44
Həmin şəxslər avtobusdan düşən kimi yaxalanıblar

Daxili İşlər Nazirliyi Bakıda tutulan cibgirlərlə bağlı məlumat yayıb. Daxil olan məlumatda bildirilir ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları daha bir uğurlu əməliyyat həyata keçirərək çoxsaylı cibgirlik cinayətləri törətməkdə təqsirli bilinən 4 nəfəri yaxalayıb. Bir qrup şəxsin paytaxt ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarında cibgirliklə məşğul olması barədə baş idarəyə məlumat daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində bir ailənin 4 üzvü - Sumqayıt şəhər sakinləri - 20 yaşlı Məcid Şamilov, onun nənəsi, 63 yaşlı Məleykə Şamilova, anası, 44 yaşlı Mətanət Şamilova və əmisi arvadı, 41 yaşlı Natavan Şamilova cinayət başındaca yaxalanıblar. Onların üstündən cibgirlik yolu ilə əldə etdikləri qadın pul kisələri, mobil telefonlar, külli miqdarda nağd pul və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər hər gün Sumqayıtdan Bakı şəhərinə gələrək çoxsaylı cibgirlik cinayətləri törədiblər. Məcid Şamilov ifadəsində qeyd edib ki, özünə məxsus avtomobillə nənəsini, anasını və dayısı arvadını paytaxta gətirərək avtobus dayanacaqlarında düşürüb. Qadınlar sərnişinlərin sıx olduğu avtobuslara mindikdə isə avtomobili onların arxası ilə sürərək güdməyə başlayıb. Sərnişinləri soyan qadınlar növbəti dayanacaqda düşdükdə Məcid Şamilov onları avtomobili ilə başqa dayanacaqlara aparıb. Günün sonunda isə cibgirlik yolu ilə əldə edilən pullar bölüşdürülüb.
Araşdırmalar zamanı məlum olub ki, avtobuslarda sərnişinlərin ciblərini əsasən Məleykə Şamilova soyub. Onun qızı Mətanət Şamilova və gəlini Natavan isə sadəcə vətəndaşların başını qataraq cinayətlərə şərait yaradıblar. Polis əməkdaşları cibgir qohumları bir qədər izləyiblər, sonuncu dəfə isə qadınlar avtobusdan düşüb avtomobilə minmək istəyərkən yaxalanıblar.

Saxlanılarkən həmçinin Məcid Şamilovdan 5 qrama yaxın həşiş qətranı da aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxslər əvvəllər də cibgirlik cinayətləri törətdikləri üçün dəfələrlə məhkum olunublar. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkmiş vətəndaşlardan Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

*****
11:26

Bakıda cibgirlikləməşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvəllər məhkum olunmuşlar - 1952-ci il təvəllüdlü Məleykə Şamilova, 1973-cü il təvəllüdlü Natəvan Şamilova, 1970-ci il təvəllüdlü Mətanət Şamilova və 1994-cü il təvəllüdlü Məcid Şamilov tutulmuşdur. Şübhəli şəxs M. Şamilovun üzərinə baxış zamanı 4,15 qram həşiş qətranı aşkar olunaraq götürülüb.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb