Azərbaycanda aktyor həbs edildi
Kriminal
Oxunub: 1 491
6 yan 2015 | 17:05
Azərbaycanda aktyor həbs edildiSəbail rayon 9-cu Polis Bölməsinin əməkdaşları apardıqları axtarış tədbirləri nəticəsində, "Azəri Star"ın keçmiş rəhbəri və "Kabusun kölgəsində" serialının aktyoru 1965-ci il təvəllüdlü Əlibəy Əlisafa oğlu Dadaşovu həbs ediblər.

Aktyora dair məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Dadaşov böyük məbləğdə pulun mənimsənilməsində və dələduzluqda ittiham edilir.
Bu barədə Vesti.Az-a Səbail rayon Polis İdarəsində bildiriblər.
Cinayət işinə müvafiq olaraq bildirilir ki, Dadaşov müxtəlif banklara və fiziki şəxslərə böyük məbləğdə pul borcludur. Banklar arasında hal-hazırda fəaliyyət göstərməyən RoyalBank da var.

RoyalBank keçən ilin fevral ayında Əlibəy Dadaşova qarşı Yasamal rayon məhkəməsində iddia irəli sürüb. Xəbər verildiyi kimi aktyordan paytaxtın müxtəlif rayonlarında borclu olmasına dair şikayətlər daxil olub.

Bəzi məlumatlara əsasən Dadaşov çox zəngin imiş və şou-biznesə yenicə qədəm qoyan ulduzların "promouşeni" ilə məşğul olurmuş. Sonra isə müflis olub. Müflis olmasının səbəbləri bəlli deyil.

Dadaşovun qardaşının evində saxlanıldığı məlumdur.

Qeyd edək ki, "Kabusun kölgəsində" serialında Dadaşov əsas rollardan birini - "Ruslan" obrazını canlandırırdı.
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür