500 min dollar borc, "Toyota"da qətliam -“AST Telman”ın qardaşının tətikçisinə niyə az cəza verildi?
Kriminal
Oxunub: 717
24 mar 2018 | 09:30
500 min dollar borc, "Toyota"da qətliam  -“AST Telman”ın qardaşının tətikçisinə niyə az cəza verildi?














Krasnoqorsk məhkəməsi killer Mehman Kərimovu 13 il həbs cəzasına məhkum edib. Xəbəri Rusiya KİV-ləri yayıb. Xəbərdə deyilir ki, M. Kərimov iki və daha çox şəxsi öldürməkdə, eləcə də qanunsuz silah saxlamaqda ittiham edilib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi M. Kərimovun azərbaycanlı iş adamı Telman İsmayılov və qardaşı Rafiq İsmayılovun sifarişi ilə qətllər həyata keçirdiyini bildirir. O, Vladimir Savkin və Yuri Brılyovu öldürməkdə təqsirkar hesab olunur.

Musavat. com xəbər verir ki, qətl hadisəsi 2016-cı ilin may ayında Moskva ətrafında, Novorijski şossesində qeydə alınıb. İstintaqın məlumatına görə, R.İsmayılovun Savkinə 5,5 milyon dollar borcu olub.

Məlumata görə, R.İsmayılov tutduğu killerlə görüşə oğlu Raul İsmayılovun "Mercedes" markalı maşını ilə gedib. "Mehman Kərimov qətlə yetirilən

Vladimir Savkin ilə görüş yeri təyin edib. Savkin isə təsadüfən "Lyubliko motors"un direktoru olan tanışı Yuri Brilyovu da özü ilə aparıb. Biznesmenlər hadisə yerə gəlməzdən bir neçə dəqiqə öncə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə Raula məxsus "Mercedes" gəlib. İstintaq zamanı bəlli olub ki, maşında Mehman Kərimovla yanaşı Rafiq İsmayılov da olub. Bu görüntülər müşahidə kamerasına düşüb.
M.Kərimov onlara yaxınlaşıb. Bir müddət söhbət etdikdən sonra o qurbanlarının "Toyota Land Cruiser" markalı maşınına minərək gedib. Ondan 40 saniyə sonra Rafiq İsmayılovun olduğu maşın cipin arxasınca hərəkət edib.

Bir saat sonra isə yanacaqdoldurma məntəqəsindən bir neçə km aralıda içərisində güllələnmiş biznesmenlər olan maşın tapılıb. Bundan dərhal sonra günahını etiraf edən M.Kərimov saxlanılıb. Lakin sonradan Rafiq İsmayılovun da onun ardınca gələn Raul İsmayılovla telefonla danışdığını müəyyən etmək mümkün olub.

Saxlanılan killer Savkinin ona 500 min dollar borc verdiyini və qətlin də bu pulla bağlı olduğunu deyib. Amma araşdırmalar nəticəsində qətlin “AST Telman”ın qardaşı ilə öldürülən iş adamı arasındakı pul söhbəti ilə bağlı olduğu bilinib.

Savkin və R.İsmayılov Moskvadakı iri ticarət və əyləncə mərkəzlərindən birinin həmtəsisçilərindən olublar. Lakin R.ismayılov buranı satıb və bütün pulları alıb. İşbirliyində olduğu biznesmenə isə bir neçə milyon dollar borclu qalıb. M.Kərimov bu münaqişədə vasitəçi rolunu oynayıb və qurbanları ilə görüşə münaqişəni həll etməyə çalışan tərəf kimi gedib. Hadisədən sonra İsmayılov həmin "Mercedes"i tələsik satıb. Life-ru bildirir ki, istintaqa ilkin ifadəsində R.İsmayılov qətllə bağlı ittihamı rədd edib, ancaq hadisədən əvvəl yanacaqdoldurma məntəqəsində Mehman Kərimovla birlikdə olduğunu təsdiqləyib.

2016-cı il mayın 18-də Rafiq İsmayılov sifarişli qətldə əli olması şübhəsi ilə saxlanılıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, istintaqın Rafiq İsmayılovdan şübhələndiyini bilən kimi oliqarx Telman İsmayılovun ailəsi bütün əlaqələrini işə salaraq onu xilas etməyə çalışıb. Rafiq İsmayılovun bu qətldə əli olmasını təsdiqləyən tutarlı dəlillərə baxmayaraq Moskva vilayətinin Krasnoqorsk rayonu üzrə İstintaq şöbəsi onun həbsi üçün "yetərli əsas tapa bilməyib". Nəticədə istintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyib və İsmayılov buraxılıb.

Lakin qətlə yetirilən biznesmen Savkinin oğlu Roman atasının qətlini İsmayılovun sifariş verdiyini və təşkil etdiyini bildiyi üçün aylarla İstintaq Komitəsinin qapısını döyüb, hadisənin düzgün araşdırılmasını tələb edib.

İşin üstünü örtməyə imkan verməmək üçün İstintaq Komitəsi onu Krasnoqorsk rayonu üzrə istintaq şöbəsindən alaraq Moskva vilayəti üzrə baş istintaq idarəsinə verib. Yeni müstəntiq cəmi bir neçə günə bütün lazım olan istintaq hərəkətlərini aparıb və qətli Telman İsmayılovun qardaşının təşkil etdiyini sübut edən dəlillər toplayıb. Nəticədə R.İsmayılov 2016-cı ilin noyabrında yenidən həbs edilib.

İki qətlə görə M.Kərimovun 13 il həbs cəzası alması səbəbsiz deyil. Məlum idi ki, o istintaqla anlaşıb və hazırda axtarışda olan Telman və Vaqif İsmayılovların istintaqında əsas şahid məhz M.Kərimovdur.
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO