Kriminal aləmdən qandonduran detallar - Lənkəranski hansı hadisəyə qurban getdi?
Kriminal
Oxunub: 684
3 apr 2018 | 17:55
Kriminal aləmdən qandonduran detallar - Lənkəranski hansı hadisəyə qurban getdi?















Üç il əvvəl Ukraynaya gedən neftçalalı valyuta tacirinin oğlu kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) tərəfdarlarının klanına daxil olub və öldürülüb.

Martın 29-da Xarkovda Azərbaycan vətəndaşının qətlə yetirilməsi və Azərbaycan əsilli Gürcüstan vətəndaşının yaralanması faktı ilə bağlı saxlanılan yoxdur.

GoldNews.Az xəbər verir ki, bununla bağlı Sputnik Azərbaycan-a Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, martın 29-da saat 23:00 radələrində Xarkovdakı "Ağdam" restoranı yaxınlığında atəş səsləri eşidilib. Ukrayna DİN-in məlumatına görə, Nyuton küçəsi ilə Lev Landau prospektinin kəsişməsində naməlum şəxslər restoranda istirahət edən qrupa hücum ediblər. Bir neçə adam gözlənilmədən silahlardan atəş açmağa başlayanda, məclisdəki on nəfər restorandan çıxıb. Atəş nəticəsində 1984-cü il təvəllüdlü İsmayılov Zaur Xəzər oğlu başından güllə yarası alıb və hadisə yerindəcə keçinib. Gürcüstan vətəndaşı olan Rəhim Zeynalov isə budundan yaralanıb və xəstəxanaya aparılıb.

Eyni zamanda hadisə yerində olan "Toyota" markalı avtomobil də zərər görüb. Hücum edən şəxslər silahlarını hadisə yerində ataraq qaçıblar. Hadisə ilə bağlı şəhərdə "Sirena" əməliyyatı başlayıb.

Qətlə yetirilmiş İsmayılovun cəsədi dəfn edilmək üçün doğma Neftçala rayonuna göndərilib.

Ukrayna DİN-in əməkdaşlarının sözlərinə görə, hələ məsələnin üstü tam açılmadığından, hadisənin cinayət qrupları arasında baş verən münaqişə ola biləcəyi barədə məlumat yaymırlar.

Bir sıra KİV-lərin yaydığı məlumata görə isə hazırda Türkiyədə yaşayan "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əlaltıları bu minvalla 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin tərəfdarları ilə hesablaşırlar.

Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbə Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində bildirib ki, İsmayılov 3 il əvvəl Xarkov şəhərinə gedib. Cavan oğlan Xarkovda imkanlı dayısının yanında məskunlaşıb və "Barabaşovo" bazarında ticarət və bizneslə məşğul olmağa başlayıb. Qeyd edək ki, İsmayılovun atası Xəzər hazırda Neftçalada yaşayır və valyutadəyişmə məntəqəsində işləyir. Zaur İsmayılov isə Ukraynada Rövşən Lənkəranski tərəfdarlarının kriminal qruplaşmasına daxil olub.

Mənbənin sözlərinə görə, Lotu Quli və Rövşən Lənkəranski tərəfdarları arasında münaqişə mövcuddur. Lakin hələlik bu münaqişənin predmeti müəyyənləşməyib.

Bununla yanaşı, Rövşən Canıyevin mövqeyi Ukraynada çox güclü olub. Lənkəranski dəfələrlə Ukraynada saxta pasportla saxlanılıb, lakin o, hər dəfə yenidən geri qayıdıb. Yeri gəlmişkən, sözügedən qruplaşmalar arasında dava yeni deyil. 7 aprel 2014-cü ildə Odessanın mərkəzindəki "Veçerniy Baku" restoranında Vaxa ləqəbli nüfuzlu "qanuni oğru" Baxış Əliyev öldürülüb. Cinayət təsir dairələrinin yenidən bölüşdürülməsi ilə əlaqədar baş verib.

Hüquq-mühafizə orqanları bu qətli “oğrular” Əli Heydərov (Lənkəranski tərəfdarı Albert Rıji) və Lotu Quli arasında baş verən münaqişə ilə əlaqələndiriblər. Elə həmin vaxtlardan kriminal aləmdə söhbət gəzirdi ki, bu müharibənin növbəti qurbanı Rövşən Lənkəranski olacaq.

Nadir Səlifov cidd-cəhdlə Ukraynadakı azərbaycanlıları sıxaraq ticarət obyektlərini onların əlindən almağa və orada öz nüfuzunu bərqərar etməyə çalışır.
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb