Moskvada “Pokrovka Məhərrəm”i ev dustağı etdilər
Kriminal
Oxunub: 619
15 apr 2018 | 12:00
Moskvada “Pokrovka Məhərrəm”i ev dustağı etdilər















Bir neçə gün əvvəl Moskvda SOBR xüsusi təyinatlıları tərəfindən əlləri qandallanaraq saxlanılan tanınmış azərbaycanlı iş adamı, “Pokrovka Məhərrəm” kimi tanınan Məhərrəm Həsənova qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Və Moskva vilayətinin İstra rayon məhkəməsi onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

Virtualaz.org xəbər verir ki, “Pokrovka Məhərrəm” hələlik dələduzluqa ittiham olunur, ancaq “Rosbalt”a hüquq-mühafizə orqanlarından verilən məlumatlara görə istintaq dövründə ona çoxlu suallar ünvanlana bilər.

Çünki “Pokrovka Məhərrəm” Moskvanı meyvə-tərəvəzlə təmin edən əsas fiqurlardan biridir, onun “AzFruit” şirkəti Rusiyaya meyvə-tərəvəz idxalında böyük paya malikdir. M.Həsənov azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin sahibi olduqları “Food City” topdansatış meyvə-tərəvəz bazasını idarə edir.

Əslən Şəmkir rayonundan olan Quliyev "Pokrovka Məhərrəm” ləqəbini Moskvanın məşhur "Pokrovsk” bazarını işlədərkən alıb.

"Rosbalt”ın məlumatına görə, ötən əsrin 90-cı illərində Məhərrəm və kiçik qardaşı Rövşən Moskva metropoliteninin "Tyoplıy stan” stansiyası yaxınlığında meyvə-tərəvəz alverilə məşğul olublar. Bundan sonra onlar Rusiya paytaxtında daha uğurlu yer seçirlər: "Şeremetyevo” aeroportunda məskunlaşırlar. Həmin ərəfədə isə “Ağbaş Çingiz” və “Sabirabadlı Hikmət” kimi nüfuzlu "qanuni oğru”larla əlaqə yarada bilib.

Daha sonra isə “Rövşən Lənkəranski ilə münasibət yaradıb. 2006 və 2007-ci illərdə Hikmət və Çingiz Moskvada qətlə yetiriləndən sonra Məhərrəm Rövşənin patronajlığı altına keçdi. "Rosbalt”ın yazdığına görə, məhz Məhərrəm kriminal generallara Pokrov bazasının yaratmağı təklif edir və onlardan dəstək istəyir. Və o dəstəyi alır. Bundan sonra Pokrov bazasının yerləşəcəyi ərazi İqor İsayev və Əlisahab Hacıyev adlı iş adamlarından icarəyə götürülür.

Qısa zamanda Pokrovka bazası Moskvanın ən böyük meyvə-tərəvəz bazarına çevrilir. Və uzun illər belə davam edir. Amma hər şey məlum olaydan sonra dəyişir. Bazanın yerləşdiyi qərbi Bryulovo rayonunda Orxan Zeynalovun Yeqor Şerbakovu öldürməsindən sonra başlayan qalmaqal o qədər böyüyür ki, Pokrovka bazarı bağlanır. Pokrov bazasının bağlanmasından sonra yəhudi əsilli iş adamları "Food City”nin əsasını qoyaraq, azərbaycanlıları məhz ora köçürmək istəyirdilər. Amma illərdir Moskva bazarında çalışan həmyerlilərimiz "Food City”yə yox, Domodedovo rayonunda yerləşən və loqistik baxımdan daha əlverişli sayılan "Çetıre sezona”ya üz tutdular. Bunun bir səbəbi də, Pokrovsk bazasını işlədən Məhərrəmin və onun şəriki Nuruşun məhz bu bazanı seçməsi idi.

Məhərrəm uzun illər məhz Rövşən Lənkəranskin patronajlığı altında çalışıb. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın "krışalığını” məhz Rövşən edirdi. Təkcə Pokrov bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarında çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. "Food City”nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.

Məlumatda deyilir ki, "Çetıre sezona”nın qara günləri Məhərrəm və ortağı Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başlayır. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhərrəm və Nuruş "Food City” rəhbərliyi tərəfindən şirnikləndirilərək, ora cəlb edildilər. "Food City”də, necə-deyərlər, əmin-amanlığı Rövşənin yaxın qohumu Zaur qoruyur. Məhz bu səbəbdən Moskvadakı heç bir kriminal qruplaşma bu bazara girə bilmir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO