Azərbaycandakı dəhşətli hadisədə ölənlərin sayı 4-ə ÇATDI - ADLAR (YENİLƏNDİ)
Kriminal
Oxunub: 2 307
1 okt 2018 | 11:10
Azərbaycandakı dəhşətli hadisədə ölənlərin sayı 4-ə ÇATDI - ADLAR (YENİLƏNDİ)















Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb.

Publika.az xəbər verir ki, ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən 1941-ci il təvəllüdlü Tamara İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb. Ondan əvvəl isə Rzayeva Raisa xəstəxanada vəfat etmişdi.

Bildirilir ki, "Mercedes" markalı mikroavtobusun "Shacman" markalı yük maşınına çırpılması nəticəsində sürücü Rövşən Hüseynovla, avtobusda olan Lyuba adlı qadın sərnişin hadisə yerində ölüb. Qəzaya avtobusun sürətlə eyni yük maşınına çırpılması səbəb olub.

*****

30 sentyabr

Bu gün saat 08 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 3-ə çatıb.

Publika.az xəbər verir ki, ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Rzayeva Raisanın həyatını xilas etməm mümkün olmayıb. Onun qızı İllona isə təcili əməliyyat edilməsi üçün bakıdakı ixtisaslaşmış xəstəxanaya göndərilib. Həkimlər İllona Rzayevanın onurğasının qırıldığını və təcili əməliyyat olunmalı olduğunu bildiriblər.

Bildirilir ki, "Mercedes" markalı mikroavtobusun "Shacman" markalı yük maşınına çırpılması nəticəsində sürücü Rövşən Hüseynovla, avtobusda olan başqa qadın sərnişin hadisə yerində ölüb. Qəzaya avtobusun sürətlə eyni yük maşınına çırpılması səbəb olub.

*****

10:27

Bu gün saat 8 radələrində Bakı-Quba yolunun Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən şəxslərdən birinin adı məlum olub.

Publika.az xəbər verir ki, “Mercedes” markalı mikroavtobusun "Shacman" markalı yük maşını ilə toqquşması nəticəsində mikroavtobusu idarə edən Rövşən adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Avtobusda olan qadın sərnişinlərdən biri isə xəstəxanaya çatdırılarkən keçinib.

Bildirilir ki, qəzaya düşənlər turist olub və Bakıdan Qubaya istirahətə gedirmiş.

Yaralılar Sumqayət şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

Xəstəxanadan bildirilib ki, yaralılar bunlardır:

Talıbzadə Çingiz Tofiq oğlu

Rzayeva Raisa Dmitri qızı

Rzayeva İlona Rauf qızı

Tarfanov İqor Aleksandroviç

İsmayılova Tamara Hacışaban qızı

Zapalovnaya Yevgeniya Mixail qızı

Rzayeva Rəna Dmitri qızı

Məmmədova Elvira İvan qızı

Həşimova Sabina Kərim qızı

Rodina Jakka Anatolievna

Kuranika Viktoriya Oleq qızı

Məmmədova Lüdmila Andrey qızı

Buqlova Varvara Jilijou

******

9:47

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.

Avtobus sərnişinləri Rusiya əsilli Azərbaycan vətəndaşlarıdırlar.

Adlar əlavə olunur...

***

Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, "hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.

Qəzanın təfərrüatları araşdırılır. (report)
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO