Üç milyonluq yeyinti – 750 nəfərin həbs olunması ilə yekunlaşan cinayət işi
Kriminal
Oxunub: 841
28 okt 2018 | 12:39
Üç milyonluq yeyinti – 750 nəfərin həbs olunması ilə yekunlaşan cinayət işi















1980-ci ilin əvvəllərində Moskvanın ərzaq mağazalarının piştaxtaları aylarla boş qaldığı bir vaxtda şəhərin Qorki küçəsində yerləşən, “Yeliseyev” adı ilə məşhur olan 1 nömrəli qastronoma hər gün bir neçə dəfə daşınan ərzaq məhsullarını boşaltmaq üçün mağazaya əlavə fəhlələr tələb olunub. Digər qastronomlarda satıcıların “milçək qovduğu” bir vaxtda “Yeliseyev”in satıcıları gərgin işdən şikayətləniblər.

Bu qastronoma təkcə paytaxt sakinləri deyil, xaricdən və SSRİ-nin digər müttəfiq respublikalarından gələnlər də üz tutublar.
Qeyd edək, “Yeliseyev” o dövr üçün SSRİ-də tətbiq olunmayan yüksək dizaynla təmir olunub.

“Yelisyev”in xüsusi müştəriləri də olub. Ölkə və Moskva şəhər rəhbərliyinin yüksəkçinliləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, generallar üçün qastronomda xüsusi xidmət göstərilib, onlar sıravi müştərlərdən fərqli olaraq öz alış-verişlərini arxa qapıdan ediblər. Hörmət əlaməti olaraq bir fincan təbii qəhvəyə qonaq olan tanınmışlar istənilən defisit malı məhz bu mağazadan əldə edə biliblər.



Bununla yanaşı, qastronomun “xüsusi çatdırılma xidməti”də fəaliyyət göstərib. Təbii ki, bu xidmətdən yalnız birincilər yararlanıblar. Mövcud dövr üçün əlçatmaz sayılan qara kürü, hisə verilmiş kolbasa məmulatları, zövqə uyğun içkilər, bahalı siqaretlər, dünyanın ən tanınmış şirniyyat istehsalçılarının çoxçeşidli məhsullar və s. vaxtlı-vaxtında öz sahiblərinə çatdırılıb. Üstəlik, bu defisit bağlamaların üzərində içində müəyyən məbləğlər olan, hərənin tutduğu vəzifəyə uyğun zərflər də qoyulub.

Bütün bunlar haqqında Kreml məmurları da xəbərdar olublar. Amma müvəqqəti olaraq “sükut”u heç kim pozmayıb. Əgər “Yeliseyev” Qalina Brejnevaya, Çurbanova, xüsusilə də Siyasi Büronun üzvü, Moskva şəhər Partiya Komitəsinin 1-ci katibi, gələcəkdə ölkənin birinci şəxsi olmağa iddialı olan Qrişinə xidmət göstərirdisə, sözsüz ki, susmaq lazım idi.



Yuri Sokolov

1 nömrəli mağazaya mübaribə iştirakçısı, müharibə dövründə bir çox orden və medallarla təltif olunan Yuri Sokolov rəhbərlik edib. Mağazanın şəhərdə digər filialları da fəaliyyət göstərib. Sokolov çox çevik, kifayət qədər geniş əhatə dairəsi olan, ticarət işini yaxşı bilən şəxs kimi tanınıb. O, rüşvət hesabına öz mağazalar şəbəkəsində istədiyini edəndə yuxarıdakı dayaqlarına tam əmin olub. Ticarət dövriyyəsi mülyonlarla hesablanan Sokolov heç kimdən çəkinməyib. Brejnevin kürəkəni, daxili işlər nazirinin müavini Çurbanovla dostluq münasibəti və Moskvanın birinci şəxsi olan Viktor Vasilyeviç Qrişinlə sıx əlaqələri onu yeni-yeni çinayətlərə sürükləyib.

Təbii ki, Sokolovun paytaxt ticarətində “at oynatması” Andropovun diqqətindən yayınmayıb. DTK şefi məqam gözləyib…
Brejnev erasının son aylarında Andropov hərəkətə keçib. Məhz onun bu ərəfədə Sokolovla ciddi məşğul olmasının korrupsiyaya qarşı mübarizə ilə yanaşı, digər bir səbəbi də olub. O, Sokolovu tora salmaqla özünə baş katib kürsüsünə sahib olmaqda rəqibi saydığı Viktor Qrişini ifşa etmək niyyətində olub.



Viktor Qrişin

“Yeliseyev işi” SSRİ dövrünün ən səsli-küylü bir hadisəsi kimi yadda qalıb. Andropov Sokolovun ifşa edilib həbs olunması üçün xeyli vaxt sərf edib. Əməliyyat milisin müdaxiləsi və xəbəri olmadan DTK tərəfindən aparılıb. Sokolovun cinayət əməllərinin sübuta yetirilməsi, əsaslı dəlillərin əldə edilməsi üçün DTK-nın ən səriştəli və təcrübəli əməkdaşları ənəliyyata cəlb olunub.

Əməliyyatdan öncə qastronomun enerji təchizatında qısaqapanma adı ilə süni problem yaradılıb. Bundan sonra mağazada enerji sisteminin bərpası üçün Sokolov mütəxəsislər dəvət edib. Mütəxəssislər sistemin yenilənməsini məsləhət görüblər. Sokolov razılaşıb və mütəxəssislərə əlavə pul verəcəyini də vəd edib. Səhərisi gün elektrik formasında olan DTK əməkdaşları öz işlərinə başlayıblar. “Yeliseyev” yenidən elektrik enerjisi ilə təmin olunub. Ancaq bu dəfə əvvəlkindən fərqli olaraq sistemdə heç kimin görə və hiss edə bilməyəcəyi xüsusi kamera qurğuları ilə…



Yuri Andropov

Bununla da Sokolovun aldığı və verdiyi rüşvətlər, mağazasının defisit mallarla necə təmin olunması, bütün əlaqələri, bütövlükdə bütün mənzərə haqqında məlumatlar Andropovun masası üstünə gəlib.

Beləliklə, 1984-cü ildə Sokolov həbs olunub. Məhkəmə prosesində onun dövlət büdcəsindən mənimsədiyi 3 milyon rubl yeyinti faktı sübuta yetirilib. Güvəndiyi adamlardan heç kim Sokolovu müdafiə etməyib. Məzuniyyətdən təcili geri dönən Qrişin də Sokolova kömək edə bilməyib. Qrişinin adı cinayət işində hallanmasa da, “ticarət mafiyası”nın başçısı kimi o, bir il keçməmiş bütün vəzifələrini itirib.

Sokolov Ali Məhkəmənin hökmü ilə ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib.

“Yeliseyev işi” üzrə 750 nəfər həbs olunaraq müxtəlif cəzalara məhkum ediliblər. Onların arasında SSRİ Ticarət Nazirliyinin, Moskva şəhər İcraiyyə komitəsinin yüksək vəzifəli şəxsləri də olub.

Qeyd edək ki, “Yeliseyev işi” ilə bağlı Rusiyada film də çəkilib.(Musavat.com)
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ