Kişidən qonşu qadına BİABIRÇI TƏKLİF - Azərbaycanda RÜSVAYÇILIQ
Kriminal
Oxunub: 830
6 noy 2018 | 16:00
Kişidən qonşu qadına BİABIRÇI TƏKLİF - Azərbaycanda RÜSVAYÇILIQ














Bakı sakini qonşusu tərəfindən üzləşdiyi əməllərlə bağlı polisə müraciət edib.

Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar yaşayış massivində nömrəsiz evdə yaşayan Elmira Əliyeva (ad şərtidir) müraciətində qonşuluqda ev tikdirən İsrail adlı şəxsin ona məxsus olan qaz sayğacını sındıraraq yararsız hala saldığını bildirib. E.Əliyeva ərizəsində qeyd edib: “2018-ci ilin fevral ayında qonşum İsrail adlı şəxs fərdi yaşayış evini tikdiyi zaman mənim qaz sayğacımı yararsız hala salıb. Bununla bağlı mən həmin şəxsi çağıraraq sayğacı ona göstərdim. O da mənə narahat olmamağımı, bir problem yaranarsa, özünün həll edəcəyini bildirdi. Mən də onun sözünə inanıb heç bir yerə şikayət etmədim. Bir müddət sonra “Azəriqaz”ın laboratoriyası sayğacın zədəli olduğunu aşkarlayıb və mənim smart kartımı bloklayıb. Bununla bağlı mən yenidən qonşuma müraciət etdim. Bildirdim ki, “Azəriqaz” sayğacın dəyərini tələb edir - 236 manat. Bu zaman o, heç bir pul ödəməyəcəyini dedi, bununla yanaşı, həmin şəxs təxminən iki il müddətində həm üz-üzə gələrkən, həm də “whatsapp” vasitəsilə əxlaqsız təkliflər edərək, narahat edir. Mənə yazırdı ki, bu məsələni heç kim bilməyəcək, ikimizin arasında qalacaq. Mən bu iki məsələ ilə əlaqədar təxminən bir ay əvvəl Suraxanı rayon 30-cu polis bölməsinə ərizə ilə müraciət etdim. Ərizəmə sahə müvəkkili Tural baxır. Bu müddət ərzində Tural həmin vətəndaşı polis bölməsinə dəvət edib gətirə bilmir. Özü da etiraf etdi ki, həmin İsrail adlı vətəndaşdan qorxur. Mənə məsləhət görürlər ki, o adamdan şikayət etməyim, həmin adamı “işverən” kimi təqdim edib, məni qorxudurlar. Hətta qızımın evdə tək olduğunu, ona İsrail tərəfindən bir zərər toxunacağı ilə mənə təzyiq edirlər. Qeyd etmək istəyirəm ki, mən qızımla tək yaşayıram. 29 oktyabrda İsrailin həyat yoldaşı tərəfindən küçədə təhqirə, söyüşə məruz qalmışam. Məni zorlatdıracağı ilə hədələyib. Bu barədə 102 xidmətinə məlumat vermişəm. Həmin vaxt dərhal polis bölməsinə dəvət edildim, izahatım alındı. Bundan sonra isə İsrail 102-yə zəng edərək məndən şikayət edib ki, guya onu təhqir etmişəm, pul tələb etmişəm”.

Məsələ ilə bağlı 30-cu Polis Bölməsindən bildirilib ki, Elmira Əliyevanın şikayəti araşdırılarkən onun sayğacının İsrail adlı şəxs tərəfindən sındırılması sübuta yetirilməyib. Belə ki, adları qeyd edilən şəxslərin evləri arasında başqa 2 nəfərin evi var və təmir vaxtı E.Əliyevanın sayğacının sındırılması mümkün deyil. Qadının qonşusu tərəfindən təhqirə məruz qalması, ona əxlaqsız təkliflərin edilməsi də araşdırma zamanı sübuta yetirilməyib. Belə ki, E.Əliyeva yazışmaları polisə təqdim etməyib. Bu səbəbdən də araşdırmalar dayandırılıb və şikayətçiyə məhkəməyə müraciət etməsi məsləhət görülüb.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ