Azərbaycanda terror aktı törətmək istəyən erməni diversant məhkəmə qarşısında
Kriminal
Oxunub: 940
6 noy 2018 | 22:15
Azərbaycanda terror aktı törətmək istəyən erməni diversant məhkəmə qarşısında

















Azərbaycanda terror aktı törətməyə cəhd göstərən erməni diversantın məhkəməsi başlayıb.

“Report xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Dadaş İmanov sədrlik edir.

Qeyd edək ki, Ğazaryan Karen Armeni Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədi ilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmək, Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün zəruri məlumatları toplayıb Ermənistanın xüsusi xidmət orqanlarına vermək məqsədi ilə 15 iyul 2018-ci il tarixdə, gecə saat 01 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələrinin istintaqa məlum olmayan iki hərbi qulluqçusu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, onların müşayiəti ilə həmin odlu silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və partladıcı qurğuları qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qoşunların təmas xəttindəki minalanmış, tikanlı məftil və mühəndis maneələri ilə təchiz olunmuş sahədən keçirərək və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində müəyyən edilmiş sənədlər, yəni şəxsi pasportu və müvafiq qaydada rəsmiləşdirilmiş icazəsi- vizası olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, yəni sərhəd, gömrük və digər növ yoxlamaların aparıldığı xüsusi təchiz olunmuş yerlərdən kənarda döyüş mövqelərinin yerləşdikləri yüksəkliklərin arasındakı çay yataqlarından piyada keçərək, Qazax rayonunun Kəmərli kəndi istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olub Qazax şəhərində odlu silahdan, döyüş sursatlarından, partlayıcı maddələrdən və partladıcı qurğulardan istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayış törətməklə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına real təhlükə yaradaraq terrorçuluq törətmişdir.

Qazaxda tutulan erməni diversantın yeni FOTOLARI yayıldı

K.Ğazaryan silah-sursatları, onların komplekt hissələrini, partlayıcı maddələri və partladıcı qurğuları gizlətdiyi ərazidən aralanıb Kəmərli kəndinin kənarı ilə Qazax şəhəri istiqamətində təxminən 50-100 metr məsafəni keçdikdən sonra, şəxsi mal-qarasını otarmağa çıxarmış kənd sakinlərinin diqqətini cəlb etdiyindən, onlar tərəfindən müvafiq dövlət qurumlarına məlumat verildikdən sonra, həmin gün, 15 iyul 2018-ci il tarixdə səhər saat 07 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində Qazax rayonunun Kəmərli kəndinin «Balakənd» adlandırılan ərazisində tutulduğundan, öz cinayətkar niyyətini tam başa çatdıra bilməmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədi ilə və sifarişlə, iki və daha çox şəxsi, terrorçuluqla əlaqədar və milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə və Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmə cinayətlərinin törədilməsinə cəhd edib.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ