5-12-2018, 09:30 Oxunub: 105

Rusiyadan Azərbaycana köçən ailənin başına gələn dəhşət – TƏFƏRRÜAT

Rusiyadan Azərbaycana köçən ailənin başına gələn dəhşət – TƏFƏRRÜAT














Şəki rayonunda yaşadıqları evdə meyiti tapılan yaşlı ər və arvadla bağlı bəzi məqamlar üzə çıxıb.

Şəki şəhəri, Salman Mümtaz küçəsindəki fərdi yaşayış evində qohumları tərəfindən meyiti tapılan 1937-ci il təvəllüdlü Bahadır Zalov və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Elmira Zalovanın 2 il əvvəl Azərbaycana köçdüyü məlum olub.

Belə ki, yaşlı ər-arvad uzun illər Rusiyada yaşayıblar. Onlar yaşlılıq dövrünü doğulduqları Şəki şəhərində keçirmək qərarına gəliblər və Azərbaycana qayıdıblar, övladları, nəvələri isə Rusiyada yaşamağa davam edib. 2 gün əvvəl yaşlı cütlükdən xəbər ala bilməyən yaxınları onların evinə gəliblər. Məlum olub ki, hər iki şəxs mənzildə vəfat edib. Onların üzərində hər hansı zorakılıq əlaməti də aşkarlanmayıb.

Şəki şəhər Prokurorluğunda aparılan ilkin araşdırma zamanı ər və arvadının dəm qazından boğulduğu müəyyənləşib.

Araşdırmalar davam etdirilir. (Publika.az)
Bakıda daha bir hamam faciəsi – Qadının meyiti tapıldı Bakıda daha bir hamam faciəsi – Qadının meyiti tapıldı Hadise Meşədə 18 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL – Feysbuk yazışmaları üzə çıxdı Meşədə 18 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL – Feysbuk yazışmaları üzə çıxdı Kriminal Rusiyada dəhşətli cinayət — Ata 7 yaşlı qızlarını öldürdü, intihar etdi Rusiyada dəhşətli cinayət — Ata 7 yaşlı qızlarını öldürdü, intihar etdi Hadise Azərbaycanda 17 yaşlı arvadını öldürən gəncdən AĞLASIĞMAZ ƏMƏL Azərbaycanda 17 yaşlı arvadını öldürən gəncdən AĞLASIĞMAZ ƏMƏL Kriminal İtkin düşən şəxsin meyiti kanalda tapıldı İtkin düşən şəxsin meyiti kanalda tapıldı Kriminal