Azərbaycanda ruhi xəstə olan kişidən arvadına və 5 övladına qarşı tükürpədici əməl
Kriminal
Oxunub: 786
25 yan 2019 | 20:49
Azərbaycanda ruhi xəstə olan kişidən arvadına və 5 övladına qarşı tükürpədici əməl















Azərbaycanda qadın zorakılığı ilə bağlı ağılasığmaz olay baş verib. Davamlı olaraq həyat yoldaşı tərəfindən döyülən qadın övladlarını evdə tək qoyaraq polisə müraciət edib. Polisin müdaxiləsi nəticəsində, ən böyüyü 15 yaş, ən kiçiyi isə 7 aylıq olan 5 uşaq analarına verilib.

Təhsilsiz olan 33 yaşlı qadın rayonlarımızın birində böyüyüb. Ailə qurduqdan sonra əri tərəfindən məruz qaldığı zorakılıqlara baxmayaraq, valideynləri qadına sahib çıxmaq istəməyib. Ata-anası tərəfindən də tərk edilən H.R. (şərti ad) məhz bu səbəbdən illərlə həyat yoldaşının zorakılığına dözməyə məcbur olub.

Artıq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən qadının qarşılaşdığı zorakılıqla bağlı daha ilginc məlumatlar ortaya çıxıb. Sığınacaqdan Sputnik Azərbaycan-a məlumat verilib ki, 2003-cü ildə ailə quran qadın illərlə həyat yoldaşının zorakılığına məruz qalıb.

“Əvvəllər rayonların birində yaşayan, sonra isə Bakıda kirayələrdə qalan ailədə ana hər gün uşaqların gözü qarşısında döyülüb, söyülüb, alçaldılıb. Həyat yoldaşı qadınla yanaşı, bu nikahdan dünyaya gələn 5 övladına da işgəncələr verib. Qadının dediyinə görə, əri onları çox incidirmiş. Hətta kişi arvadını və uşaqlarını spirtli içki qəbul etməyə məcbur edir və qadını uşaqlarının gözü qarşısında cinsi əlaqədə olmağa təhrik edirmiş” – deyə sığınacaqdan bildirilib.

“Qadının valideynləri isə deyirmiş ki, “kişidir, belə də olmalıdır, yoldaşının yanında qalmalısan”. İllərdir bu səbəbdən zorakılığa dözən qadın artıq boşanmaq üçün müraciət etməyə hazırlaşır. Lakin həyat yoldaşı hazırda ona sevgi məktubları yazaraq peşmanlığını, haqsız yerə onu incitdiyini etiraf edib” – İctimai Birlikdən əlavə olunub.

Sığınacaqdan öyrəndiyimizə görə, qadının məktəb yaşlı 3 uşağından yalnız biri təhsil alır.

Qeyd edək ki, davamlı olaraq zorakılığa məruz qalan qadının həyat yoldaşı ruhi xəstə olmaqla yanaşı, həm də Hepatit C xəstəliyindən əziyyət çəkir. Deyilənə görə, hazırda xəstəxanada müalicə alır.
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH