10-02-2019, 13:20 Oxunub: 180
Bakıda biabırçılıq — Sosial şəbəkədə tanış olduğu qadını evə həbs edib günlərlə zorladı

Bakının Nizami rayonunda cinsi zorakılıq faktı qeydə alınıb.
Bakı şəhər sakini Roman İbrahimov sosial şəbəkələrdən birində Nailə Əliyeva (ad və soyad şərtidir) ilə tanış olub. Bu tanışlıq bir müddət davam etdikdən sonra Roman Nailə ilə real olaraq görüşüb. Sonra isə Nailəni rayon ərazisində yerləşən evlərdən birinə dəvət edib və orada qanunsuz olaraq saxlayıb. Bu müddətdə qadınla dəfələrlə cinsi əlaqədə olub. Daha sonra o, Nailəyə zorakılıq göstərib və həmin evdə qalmasını tələb edib. Nailə onun tələbini yerinə yetirmədiyi halda Roman onun yaxın qohumlarını öldürməklə hədələyib.
Roman Nailəni hədələyən zaman ona silah qismində olan əşyanı nümayiş etdirib. Bu hədələrdən qorxan Nailə həmin evdə qalmağa razı olub.
Nailə evdə qaldığı müddətdə Roman onunla dəfələrlə cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Roman İbrahimovun barəsində Cinayət Məcəlləsinin 145.2.6-cı (silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə), 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə) və 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddələri ilə ittiham elan edilib.
Nizami rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının Roman İbrahimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb.
Hakim təqdimatı təmin edib və Roman İbrahimovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
XƏBƏR LENTİ
14:16 | Bakıda nə qədər işsiz var? 13:47 | “Yaprak dökümü”nün aktrisası səhnədən uzaqlaşdı — FOTOLAR 13:18 | Sellofan formalı “kiçik Messi”nin anası danışdı — “Hər gün ölüm qorxusu ilə yaşayırıq” 13:00 | Kamal Abdulladan təqaüdlərin artırılmasına — MÜNASİBƏT 12:43 | Əkizləri bir də makiyajsız görün — FOTO 12:30 | Sergey Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağdan danışdı 12:16 | Dünya mediası Putini “nokauta salan qadın”dan danışır – Fotolar 12:00 | Efirdə Elarizi təhqir etdilər: “Bunun keçəlinə baxın” – Video 11:47 | Azərbaycanın ən varlı rayonları açıqlandı 11:30 | Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam 11:12 | İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir” 11:00 | Elməddin: “Polisə müraciət etməmiş öz xoşunla…” – Video 10:39 | “Təxribatlara uymayın” – Rusiya azərbaycanlıları 10:21 | Həbs olunmuş dünya çempionuna atmaca: Orada şeir yazarsan – VİDEO 10:11 | “Sarı jiletlər”in etiraz aksiyası başladı