İki gənc sevdikləri qızları intim səhnələrini yaymaqla hədələdilər — Mingəçevirdə biabırçılıq
Kriminal
Oxunub: 864
12 fev 2019 | 12:21
İki gənc sevdikləri qızları intim səhnələrini yaymaqla hədələdilər — Mingəçevirdə biabırçılıq
















Sevdikləri qızların intim səhnələrini yaymaqları ilə hədələyərək pul tələb edən gənclər cəzalarının azaldılmasını istəyirlər.
Cinayət məcəlləsinin 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunan Qocayev Leysan Temraz oğlu və Əlizadə Orxan Elxan oğlunun məhkəmə prosesi mart ayının 6-da Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək. Belə ki, iki gənc sevdikləri qızlara qarşı iyrənc plan qursalar da sonda həyatlarının bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirməli olublar. Gənclər yetkinlik yaşına çatmayan qıza qarşı zor tətbiq edərək onun videogörüntüsünü çəkiblər. Daha sonra isə onu şantaj edərək pul tələb ediblər. Şəki Ağır Cinayətlər Məhkəməsində 1995-ci il təvəllüdlü Leysan Qocayev və 1996-cı il təvəllüdlü Orxan Əlizadənin Cinayət işi üzrə məhkəmə iclası keçirilib. Leysan Qocayev Cinayət Məcəlləsinin (CM) 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinib. O, CM-nin 150.2.1-ci maddəsi ilə bəraət alıb, digər maddələrlə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Orxan Əlizadə isə yalnız CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O.Əlizadə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət alıb. İttihamda yazılır ki, Leysan Qocayev sevdiyi, yetkinlik yaşına çatmayan Axundova Afaq Akif qızının başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almağı planlaşdırıb. Bu məqsədlə L.Qocayev sevdiyi qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Dostu Orxan Əlizadə ilə isə qabaqcadan əlbir olaraq A.Axundova barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb edib. Belə ki, L.Qocayev sevdiyi qıza zəng edərək onu anası ilə tanış etmək adı altında özünün yaşadığı Mingəçevir şəhərindəki evə dəvət edib. Həmin evə dostu Orxan da sevdiyi qızla gəlib. İttihamda yazılır ki, L.Qocayev Orxan Əlizadəni və sevgilisini valideynlərinin yataq otağında yerləşdirib və Afaqın gəlişini gözləyib. Afaq evə daxil olarkən Leysan dostu Orxanı və onun sevgilisini otağa çağıraraq Afaqın ona xəyanət etdiyini deyib və bunu sübut edəcəyini söyləyib. Orxan isə həmin zaman öz sevdiyi qızın da ona xəyanət etdiyini deyib. Bu zaman Orxan da Leysan da sevdikləri qızlara bir sillə vurublar. Daha sonra Leysan Afaqı özünün yataq otağına aparıb və sonuncudan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib, Afaq bundan imtina etdiyi üçün onu döyüb. Daha sonra ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu zaman Orxan digər otaqdan gələrək bunu telefonla çəkməyə başlayıb. Cəmi bir neçə saat sonra Orxan Afaqa zəng edərək onun barəsində həmin rüsvayedici görüntüləri Leysanla birlikdə yayacaqları ilə hədələyib. Həmin videogörüntülərin məhv edilməsi qarşılığında ondan hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat tələb edib. Lakin Afaq bu qədər pulu tapa bilməyəcəyini deyib. Afaqa bu pulu tapması üçün bir neçə gün vaxt veriblər. Bu hadisədən Afaqın ailəsi xəbər tutub və hüuqu mühafizə orqanlarına məlumat verilib. Bir neçə gün sonra isə Afaq Leysan və Orxana zəng edərək onların təklifi ilə razılşdığını, görüşmək istədiyini deyib. Bu zaman Afaq onlara 200 manat təklif edib. Lakin Orxan və Leysan bu məbləğin az olduğunu deyərək, götürməyiblər. Həmin zaman Мingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla hər iki şəxs həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı Fuad Musayev və zərərçəkmiş tərəf narazı qalıb. Dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş tərəf isə apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Onlar təqsirləndirilən şəxslərin cəzasının artırılmasını istəyiblər. Şəki Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin edib və hər iki şəxsin cəzası ağırlaşıdırlıb. Leysan Qocayevlə bağlı hökmdə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət verilməsinə dair hissələri ləğv edilib. L.Qocayev bu maddələrlə təqsirli bilinib qəti olaraq 8 il azadlıqdan məhrum edilib. Orxan Əlizadə isə CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum edilib.
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...