Bakıda qadın “türmə”də yatmış kişi ilə mağazaya basqın etdi – Söyüş söyüb dava saldı (Fotolar, Video)
Kriminal
Oxunub: 820
14 fev 2019 | 10:16
Bakıda qadın “türmə”də yatmış kişi ilə mağazaya basqın etdi – Söyüş söyüb dava saldı (Fotolar, Video)















Bakı şəhər sakini fırıldaqçılığa məruz qaldığını, işinin araşdırılmadığını bildirir.

Minval.info xəbər verir ki, gül biznesi ilə məşğul olan iş qadını Pərvanə Əzimova Xatai rayonunda sahibi olduğu mağazanı satıb yeni obyekt almaq istəyib. Lakin ticarət obyektinin satışından əldə edəcəyi pul vəsaiti gecikdiyindən qızıllarını satmaq qərarına gəlib və bir neçə ildir tanıdığı Gülnaz Mirzəbəyovaya müraciət edib. P.Əzimova bundan sonra isə fırıldaqçılığın qurbanı olub.

“Münasibətimiz yaxşı səviyyədə olan tanışımla danışdım. Ona təcili pula ehtiyacım olduğunu söylədim və qızılları satmaq istədiyimi dedim. Gülnaz mənə qızılılları sata biləcəyi tanıdığının olduğunu, ona sata biləcəyini və pulu gətirəcəyini dedi. Beləcə razılaşdıq. Amma söhbət dediyi kimi olmadı. Qızılları apardığı günün gecəsi ona zəng etdim, danışığı şübhəli gəldi. Dedi qızılları aparmamışam, sabah aparacağam. Sabahısı gün bir neçə dəfə ona zəng edib məsələnin nə yerdə olduğunu soruşdum. Gülnaz isə müxtəlif bəhanələrlə pulu gətirəcəyini söylədi. Sonradan isə satdığım mağazanın pulundan bir miqdar ala bildim. Buna görə də qızılları geri istədim, artıq satmağa ehtiyac yox idi. Gülnaza zəng vurdum və bunu dedim. O da dedi ki, guya qızılları baxmaları üçün kiməsə verib, geri ala bilməyəcək. Pulu alıb gətirəcək. Danışığı yenə şübhəli gəldi mənə. Gülnaza votsapda yazıb qızıllarımı gətirməyini istədim, amma məni bloka saldı” – Pərvanə xanım bildirir.

Bakıda qadın “türmə”də yatmış kişi ilə mağazaya basqın etdi – Söyüş söyüb dava saldı (Fotolar, Video)



Əzimova belə olan halda Gülnazın yaşadığı ünvana – Xırdalan şəhərinə gedib, lakin onu Gülnazın həyat yoldaşı qarşılayıb:

“Ərinin deməsinə görə, qızıllar Nərimanov rayonunda kiməsə verilib. Bunun üçün oraya getdik. Yolun kənarında kimisə gözləyirmiş kimi dayandı. Sonra Gülnaz həyat yoldaşına zəng vurdu, bu zaman əri “mənlik deyil, özünüz bilərsiniz” dedi. Ardınca isə ertəsi gün ya pulu, ya da qızılları gətirib verəcəyini söylədi. Lakin yenə ondan səs-soraq çıxmadı”.

Pərvanə xanım deyir ki, Gülnazla iki il öncə işlədiyi qadın salonunda tanış olub və dostluq münasibətləri oradan yaranıb:

“Bu dəfə iş yerinə getdim. Orada mənə söylədilər ki, Gülnazın çoxlu borcu var. Dəfələrlə mənim kimi adamlar salona gəlib onu axtarıblar. Salonda olduğum zaman G.Mirzəbəyova mağazama gedib dava salıb. Bizim işçilərlə söyüşlə danışıb. Yanında da “türmə”də yatıb-çıxan bir oğlan gətirib. Mağazaya gəlib, mənimlə artıq-əskik danışdı. Ardınca qabaqdangəlmişlik edib 102-yə zəng vurdu. Hər bir hadisənin şahidi var. Polisə dedi ki, guya kəsici alətlə onun üstünə hücum çəkmişik. Yanındakı adam bizə sonradan etiraf etdi ki, polisə yalan danışıblar. Bunu etiraf etməsinin bizdə səs yazısı var. Biz də polisə qızılla bağlı müraciət etdik, onları yalnız xırda xuliqanlıqla cərimələdilər. Bütün müvafiq orqanlara yazılı müraciət etdim. Onu üç dəfə məsələ ilə bağlı polis idarəsinə çağırdılar. Birinci ifadəsində mənə 500 manat borcu olduğunu, ikincidə pulu ödədiyini, üçüncüdə isə məni tanımadığını bildirib. Amma bizdə onun qızılları götürməsi ilə bağlı sübut var. Mağazada olan kamera hər şeyi qeyd edib. Mənə heç soyadını da düz deməyibmiş. Əvvəlcə Gülnaz Abdullayeva olduğunu söyləmişdi, sonradan isə ortaya çıxdı ki, Mirzəbəyovadır. Mən onu məhkəməyə vermək istədim, dedi ki, “Mənim himayəmdə uşaq var, məni tutmayacaqlar. Cərimə ödəyib çıxacağam, özünü yorma”. O vaxtdan bəri heç bir araşdırılma aparılmır və iş dayanıb”.

Pərvanə Əzimova məsələnin ictimailəşməsini, Gülnaz Abdullayevaya verdiyi 4000 manat dəyərində qızılı geri almaq istəyir.

Bakıda qadın “türmə”də yatmış kişi ilə mağazaya basqın etdi – Söyüş söyüb dava saldı (Fotolar, Video)


Xətai RPİ-nin müstəntiqi İsmayıl Şahbazov bildirdi ki, sözügedən məsələdə cinayət tərkibli iş olmadığından bununla əlaqədar cinayət işi açılmayıb.

Gülnaz Abdullayeva saytımıza açıqlamasında məsələnin aydınlaşdırıldığını söylədi: “Hər şey araşdırılıb. Jurnalistin mənə yığması artıqdır. Xahiş edirəm, məni narahat etməyin”. Ardınca G.Mirzəbəyova telefonu üzümüzə qapatdı. Növbəti dəfə onunla əlaqə saxlamağa çalışsaq da cəhdlərmiz boşa çıxdı.

Samir Mirzə / Minval.info

Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb