Azərbaycanlıları təhqir edən çeçen “Mansur starıy” üzr istədi: “Ermənilər sevinməsin” – VİDEO
Kriminal
Oxunub: 1 250
6 mar 2019 | 09:12
Azərbaycanlıları təhqir edən çeçen “Mansur starıy” üzr istədi: “Ermənilər sevinməsin” – VİDEO














Azərbaycanlıları təhqir edən çeçen “Mansur Starıy” canlı yayımda üzr istəyib.

Moskvada yaşayan Fuad Abbasovun rəhbəri olduğu Misra TV-nin canlı yayımında çıxış edən “Mansur Starıy” etdiyi əməldən peşman olduğunu bildirib. O, deyib ki, həmin təhqirləri qəzəbli vaxtında söyləyib və işlətdiyi ifadələrə görə üzr istəyir. Mansur əslində müsəlman qardaşları olan azərbaycanlılara rəğbət etdiyini deyib:

“Mən qəzəbli halda o sözləri demişəm. Buradan həmin anda dediklərimi eşidib, buna rəğmən sakit dayanan, səhv etdiyimi anlayacağım günü gözləyən azərbaycanlılara da təşəkkür edirəm. Ermənilərin tələsinə düşmüşdük. bu tələ o qədər yaxşı qurulmuşdu ki, mən elə buna inandım, aldandım. Azərbaycanlı dostlar Emil və Eldaroda ilə danışmışam. Onlar həm özlərinin, həm azərbaycanlıların mədəniyyətlərini, mərdliyini göstərdilər. Azərbaycanlılar da bizim kimi əziyyət çəkiblər. Orada yaşayan çeçenləri özlərinə qardaş bilirlər. Bu zamana qədər bizim xalqlar arasında belə hadisə baş verməyib.

Buradan provakasiya yaradan, başqasının torpağını işğal edib, soyqırım törədən ermənilərə səslənirəm. Özünüzü yormayın. O videoları nə qədər yaysanız da, bundan sonra bizim aramızı vura bilməyəcəksiniz. Ona görə də sevinməsinlər. Nə qədər provakasiya törətsələr də Allah bizi doğru yola gətirdi və gətirəcək də”.

Xatırladaq ki, çeçenləri bizə qarşı ayağa qaldıran Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyan olub. Erməni Harnik Alixan adlı çeçen gəncin həyat yoldaşını təhqir edib və bunu edərkən özünü azərbaycanlı kimi qələmə verib. Həyat yoldaşı, namusu təhqir olunan Alixan “WhatsApp” yazışmasında azərbaycanlıları təhqir etdiyi videonu Harnikə göndərib.

Erməni təxribatçı Alixanın azərbaycanlıları təhqir etdiyi videonu “WhatsApp”da yayaraq öz məqsədinə çatıb. Nəticədə azərbaycanlılar Alixanı taparaq cəzalandırıblar. Məhz bu hadisədən sonra çeçenlər azərbaycanlılara qarşı ayağa qalxdı. İki dost millət arasında düşmənçilik toxumu səpən şəxsin erməni olduğunu Fuad Abbasov üzə çıxartdı. Məhz bu səbəbdən Rusiya Federasiyasında yaşayan ermənilər ona qarşı kompaniyalar aparırlar.

Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...