17 nəfər şagirdi tualetdə dəfələrlə zorlayıb – Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
Kriminal
Oxunub: 1 172
2 apr 2019 | 18:20
17 nəfər şagirdi tualetdə dəfələrlə zorlayıb – Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ














Şabran rayonunun kəndlərindən birində dəhşətli hadisənin üstü açılıb. Belə ki, həmin kənd sakini, hazırda 15 yaşı olan Amil Həsənov (adlar şərtidir) 13 yaşından etibarən (7-ci sinif şagirdi olarkən) həm sinif yoldaşları həm də yuxarı sinif şagirdləri tərəfindən qrup şəklində zor tətbiq edilərək seksual xarakterli hərəkətlərə məcbur edilib. Sinif yoldaşları və məktəbin digər şagirdləri 13 yaşından etibarən Amillə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Yeniyetmənin atası Hətəm Həsənov deyib ki, bu hərəkətlər məktəbin həyətində, tualetində və kəndin müxtəlif yerlərində edilib: “Oğlum ilk dəfə 12-13 yaşında olarkən özündən 4-5 yaş böyük şəxs tərəfindən döyülərək qeyri-təbii yolla cinsi təcavüzə məruz qalıb. Bundan sonra həmin şəxs əgər kiməsə desə (əsasən də evdə) onu bütün kənddə biabır edəcəyini və onu yenə döyəcəyini bildirib. Bundan sonra məktəbin digər şagirdləri və kənd sakinləri də əxlaqsızcasına uşağa dəfələrlə zor tətbiq edərək, onu şantaj edərək onunla cinsi əlaqədə olub”.

A.Həsənovla cinsi əlaqədə olmuş şəxslərin sayı hələlik zərərçəkmiş şəxsin deməsinə görə 17 nəfər olub. Həmin şəxslərin bir neçəsi hazırda məktəbdə təhsil almaqda davam edir, bir hissəsi isə məktəbi bitirib. Uşağın atası bildirib ki, baş verənlərdən təxminən bir ay öncə xəbər tutub: “Əmisi oğlunun onun müəyyən hərəkətlərindən şübhələnərək sorğu suala çəkməsi nəticəsində hər şey üzə çıxıb”.

Eşitdiklərindən dəhşətə gələn ata müxtəlif yollar barədə düşünsə də sonda çarəni həmin şəxslərin cəzalanmasına nail olmaqda görüb, övladını isə psixoloq kurslarına aparıb. Həmçinin o, bir mart 2019-cu il tarixdə Şabran rayon Polis Şöbəsinə müraciət edib.

O, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciətlər göndərib. H.Həsənov bildirib ki, 19 mart 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə cinayət işi başlanıb: “Amma cinayəti törədən şəxslərin kimliyi məlum olmasına baxmayaraq bu günə kimi adı çəkilən əksər şəxslər dindirilsə də hər hansı şəxs məsuliyyətə cəlb edilməyib. Halbuki, əldə edilmiş 3 tibbi ekspert rəyinə əsasən zərər çəkmiş şəxslə mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olma halları mövcud olub. Həmin şəxslərdən biri hətta oğluma zor tətbiq edib onunla cinsi əlaqədə olduğunu etiraf edib və səs yazısı istintaqa təqdim olunub”.

Məsələ ilə bağlı Şabran rayon Polis Şöbəsindən Publika.az-a bildirilib ki, faktla bağlı cinayət işinin istintaqı davam etdirilir. Məsələyə istintaqın yekununda hüquqi qiymət veriləcək.

Hadisənin baş verdiyi kəndin adını və şəxslərin kimliyini etik qaydalar çərçivəsində qeyd etmirik. Publika.az
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ