Bibisini qaçırıb, geri qaytardığına görə 20 il sonra ürəyindən vuruldu – Təfərrüat
Kriminal
Oxunub: 1 154
13 apr 2019 | 12:16
Bibisini qaçırıb, geri qaytardığına görə 20 il sonra ürəyindən vuruldu – Təfərrüat














Bibisini qaçıran şəxsi bıçaqlayan Ağayəhya hakim qarşısına çıxarılıb. O, 20 il əvvəl baş verən hadisənin qisasını qanla alıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Abbasov Ağayəhya Güloğlan oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmə iclasında şahidlər ifadə verib.

Təqsirləndirilən Ağayəhya Abbasovun qardaşı Fərahim Abbasov dindirilib.

Sərbəst ifadə verən Fərahim Abbasov bildirib ki, qardaşı ilə hadisə günü bir neçə dəfə danışıb.

“Danışanda hiss elədim ki, içkilidir. Qardaşımdan əvvəl tanışlardan biri mənə zəng elədi. Dedi ki, Ağayəhya Rəşidlə görüşəcək. Mən də dedim ki, aydınlaşdırarıq. Sonra Rəşid və qardaşıma zəng edib danışdım. Ağayəhya dedi ki, Rəşidlə görüşüb köhnə söhbəti həll edəcək. Mən də dedim ki, lazım deyil, nə olubsa, keçmişdə qaldı. Rəşidə də dedim ki, lazım deyil, görüşməsin”- deyən şahid bildirib ki, qardaşı “köhnə söhbət” deyəndə illər əvvəl Rəşidlə bibisi arasında olan münasibəti nəzərdə tutub.

Hakim Fərahim Abbasova sual verib ki, illər əvvəl baş verən “köhnə söhbətə” görə düşmənçilik olubmu?

F.Abbasov suala cavabında bildirib ki, hadisə unudulub və mərhum Rəşidlə heç vaxt söz-söhbətləri olmayıb. Hətta onlarla normal münasibətdə olub, məclislərdə və görüşüb.

“Köhnə söhbət”in yenidən necə açılması haqda isə Fərahim Abbasov bunları deyib:

“Ağayəhya toyda idi. Orada necə olubsa, bu söhbət açılıb. Qardaşım da mənə zəng edəndə dedi ki, bu söhbəti Rəşid açıb və birdəfəlik həll eləmək lazımdır. Mən də dəfələrlə bu işdən uzaq durmasını tapşırdım. Amma məni dinləmədi”.

Fərahim Abbasov qardaşının üzərində olan bıçaq haqda da suala cavab verib. Bildirib ki, qardaşı heyvandarlıqla məşğul olub və çox zaman cibində bıçaq olub: “Mən şəhərdə olurdum. Rayona gələndə Ağayəhyanı görürdüm. Bıçaq olurdu, amma hadisə baş verən gün onda olan bıçağı heç vaxt üzərində görməmişəm”.

Məhkəmədə şahid qismində Mehralı Qasımov da dindirilib.

O, rayonda mağazada satıcı işləydiyini deyib. Məlum olub ki, hadisə günü Ağayəhya bıçağı Qasımovun işlədiyi mağazadan alıb: “Ağayəhyanı tanıyırdım. Gəlib mağazaya baxdı. 80 qəpiklik bıçaq idi. 1 manat verdim, mən də 20 qəpik qaytardım. Sonra da çıxıb getdi”.

Şahidin məhkəmədə qorxaraq həyəcanlı şəkildə suallara cavab verməsi hakimin diqqətindən qaçmayıb. Mehralı Qasımov bunu belə izah edib: “İlk dəfədir ki, başıma belə bir iş gəlir. Ona görə də çox həyəcan keçirirəm”.

Məhkəməyə şahid qismində Ağayəhyanın digər qardaşı Əşrəf də dəvət olub. Şahid qanunun ona icazə verdiyi imkandan istifadə edərək ifadə verməkdən imtina edib.

Prosesdə hadisənin şahidlərindən, Ağayəhyanı toy məclisindən Rəşidlə görüşə gətirən taksi sürücüsü də dindirilib. O bildirib ki, hadisə baş verəcəyindən xəbərsiz olub. Şahid bildirib ki, mərhumda da silah olub və Ağayəhyaya tuşlayıb.

Taksi sürücüsünün dediklərindən məlum olub ki, hadisədən iki gün sonra mərhumun qardaşı və yaxınları onu görüşə dəvət edərək döyüblər. Ondan hadisə yerində olan üçüncü şəxsin adını soruşmaq istəyiblər. Hətta onun özünün də qətldə əlinin olduğu deyiblər.

Ağayəhya isə istintaqın nəticəsindən narazı olduğunu deyib. Bildirib ki, istintaq elə nəticəyə gəlib ki, guya o, hadisə günü rayonda hər yerdə gəzərək Rəisi axtarıb: “Guya mən qarı cinayətkar, millət kimi qətl planı cızmışam”.

Məhkəmə iclası mayın 3-də davam etdiriləcək.

Qqeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Şabran rayonunda baş verib.

Ağayəhya Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

İlkin məlumata görə, qətl hadisəsinin baş vermə səbəbi tərəflər arasındakı şəxsi münaqişə olub.

Belə ki, Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu atasının evinə qaytarıb.

Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən zamandan sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən atasınım evinə qayıdıb.

Bundan sonra Ağayəhyanın ailəsində söz-söhbət yaranıb. O, Rəşid Əhmədovu 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu bıçaqlayıb.
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO