“10 min uzatdı, dedi özünə ev alarsan” – Oğlunu satmaqda günahlandırılan ana – Təfərrüat
Kriminal
Oxunub: 1 222
21 may 2019 | 15:17
“10 min uzatdı, dedi özünə ev alarsan” – Oğlunu satmaqda günahlandırılan ana – Təfərrüat













“Bunları başa düşmürdüm ki, uşaq alveri, uşaq ver, pulu al. Hələ də anlamırdım. Murad dedi ki, yaxşı düş qabaqdan uşağı götür. Düşəndə məni tutdular. Polis dedi neynirsən burada, uşaq sənindi? Dedim hə, mənim oğlumdur. “Sumka”mı açdılar, 10 min manat çıxdı…”.

Minval.info xəbər verir ki, ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında keçmiş məhkum Zöhrə İskəndərovanın həyat hekayəsi və gələcək planlarından danışılıb:

Zöhrə İskəndərova – 8 il azadlıqdan məhrum olunmuş qadın: “Şəmkir rayonunda anadan olmuşam. 1989-cu il təvəllüdəm. Mənim də bəzi gənc qızlar kimi arzularım var idi. Amma olmadı, heç biri həyata keçmədi, daha doğrusu qoymadılar keçsin. Kasıb ailədə anadan olmuşam. 3 uşaq olmuşuq. 2 qız, 1 oğlan. Anam bizi orda-burda işləyib, əziyyət çəkib saxlayırdı. Məni bibimin oğul nəvəsinə nişanladılar. 18 yaşım hələ tamam deyildi. Atam narazılığını bildirdi, dedi ki, mənim qohumlarımdır və mən onları yaxşı tanıyıram, getmə. Sonra mənə xəbər çatdı ki, qayınatam bizimlə qohum olmaq istəmir. Atam içir deyə istəmirdi, amma özü də içən, qumarbazın biri idi. Dedim lap yaxşı, istəmirsə, məcburi ailə olmaz. Nişanı qaytarmaq niyyətimi bildirmək üçün zəng elədim nişanlıma, yəni Pərvizə. O da dedi ki, elə söhbət yoxdur, yalandır. Əsəbiləşdi, özündən çıxdı, dedi ki, mən səni, üzüyü atmaram. Bir-iki gün keçməmiş bizə qonaq gəldilər. Mənə dedi ki, gedək bir az çöldə söhbət edək, bir az uzaqlaşmışdıq ki, məni götürüb qaçırdılar.

Kənd yerində qaçırılan qız bir də qayıtmaz. Bizdə problem böyüklərdən, bizim ailə ilə onların ailəsinin davasından başladı. Ziyan da mənə dəydi. Oğluma 8 aylıq hamilə idim, gəldim atamın yurduna. Anam Bakıda yaşayırdı. Dözmədim, uşağımı da götürüb gəldim anamın yanına. Gəldim anamın əziyyətini görüb daha pis oldum. Kafedə süpürgəçi işləyirdi. Zəng edib dedim ki, uşağa görə 3 ildir mən əziyyət çəkirəm, bir az kömək et. Anam nə qədər əziyyət çəksin bizə. Dedi mənim uşağım yoxdur, mən onu qəbul etmirəm, nə uşaq? Dedim ki, mən uşağı verəcəm imkanlı ailəyə, səndən yaxşı ata, məndən yaxşı ana olacaqlar ona. Hirslənib telefonu söndürdüm. Bizim evə ailəli dost oğlan var idi, o gəlib- gedirdi. O da indi məhkumdur. Mən artıq hazırlaşırdım ki, uşaq evinə getməyə. Murada dedim ki, mənə kömək elə. Yolda gedirdim maşınla qabağımı kəsdilər. Dedi ki, Muradın dostuyam, gəl bir az söhbət edək, oturdum maşına. Günahım elə onda oldu. Dedi ki, Murad bizlə əlaqə saxlayıb, eşitdik ki, uşağını övladlıq vermək istəyirsən. Mənim qohumlarım uşağı götürmək istəyir, verək onlar saxlasın. Həftədə də bir dəfə gəlib uşağını görərsən. Sizə bir təklifi var dedi. Soruşdum nə təklifidir?

Arxadan mənə 10 min manat uzatdı. Dedi götür bunu, özünə, ev, torpaq alarsan. Dedim, ay qardaş, sağ olun, Murad mənə yaxşılıq edib. Mən uşağımı vermirəm. Bunları başa düşmürdüm ki, uşaq alveri, uşaq ver, pulu al. Hələ də anlamırdım. Murad dedi ki, yaxşı düş qabaqdan uşağı götür. Düşəndə məni tutdular. Polis dedi neynirsən burada, uşaq sənindi? Dedim hə, mənim oğlumdur. “Sumka”mı açdılar, 10 min manat çıxdı. Dedi bəs bu, nə puldur, uşağını satırdın? Dedim yox, mən uşağımı satmırdım. Bu, nə puldu soruşanda, Elşəndən soruşun. dedim. Elşən Muradın da, mənim də evimi yıxdı. Murad o yana, həm azadlığımı, həm də balamı əlimdən aldı. Allah bağışlamaz. Allah bağışlasa da, mən bağışlamayacam. “Nəylə tutulmusan?”soruşanda nə deyə, nə də susa bilirəm. Çünki gec-tez hamısı məlum olur, hamı bir-birini tanıyır. Rayon qızı idim, bilmirdim. Övladlığa belə, and olsun Allaha, vermək istəmirdim. Mənim günahım onda oldu ki, maşına oturdum. Məqsədim uşağıma gün ağlamaq üçün uşaq evinə qoymaq idi, satmaq yox.

Böyüyəndə də mənə nifrət edəcək bu işimə görə. Heç kim başa düşmür məni, böyüklər başa düşmədi, öz doğma atam mənə inanmadı. Onlar başa düməyəndən sonra uşaq hardan başa düşəcək, deyəcək sən məni satdın! Ən böyük arzum buradan çıxıb, uşağımı geri qaytarmaqdır. Belə bir sualım var. Bizim kimi dustaqlara ikinci şans verirlər? Mənə ikinci şans verirlər? Övladımla qovuşmaq, yenidən ana olmaq üçün. Daha sonra oğlumla məhkəmədə görüşdüm. Əfv üçün ərizə yazdım. Yeni ili azadlıqda, anam və oğlumla birgə keçirməyi arzuladım. Arzum reallaşdı. İnanmırdım ki, əfv siyahısına düşə biləm, elə bir ümidim də yox idi. Azadlıqdayam! Şükür”.

Həqiqət İsgəndərova – məhkumun anası: “Ayın 30-u hazırlaşırdım yanına gəlməyə. Birdən zəng gədi, dedi ki, mama əfv olundum, sabah gəl, məni buradan çıxar. Çox sevindim”.
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"
Dünən, 10:32
Bakı vaxtı ilə Moskva - "Kommersant"