25-05-2019, 14:30 Oxunub: 920

Binəqədidəki kafedə meyit tapıldı - Zorakılıqla öldürülüb

Binəqədidəki kafedə meyit tapıldı - Zorakılıqla öldürülüb















Binəqədi rayonunda üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, ilkin araşdırma zamanı həmin şəxsin 1972-ci il təvəllüdlü Naxçıvan MR, Şərur rayonu, Danzik kənd sakini Sadıqov Zahid Yaqub oğlu olduğu müəyyənləşib. Onun Binəqədi rayonu, Ə.Nəvai küçəsində yerləşən 9 saylı yataqxananın qarşısındakı kafedə tapılmış meyitinin üzərində zorakı xəsarətlər müşahidə olunub.

Məlumat əsasında hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib, mərhumun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) ETT Birliyinin Binəqədi rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda istirahət mərkəzində meyit tapıldı Sumqayıtda istirahət mərkəzində meyit tapıldı Hadise Bakıda evdən qadının skeleti tapıldı – 2 il əvvəl ölüb Bakıda evdən qadının skeleti tapıldı – 2 il əvvəl ölüb Hadise Göyçayda kanaldan meyit tapılıb Göyçayda kanaldan meyit tapılıb Hadise Meyiti tapılan Ağcabədi sakininin oğlu: Meyiti tapılan Ağcabədi sakininin oğlu: "Atam evdən çıxanda üstündə olan 9 min manatı tapmadıq" Kriminal Azərbaycanda bir gündə 3 meyit tapıldı Azərbaycanda bir gündə 3 meyit tapıldı Kriminal