Dostunun xalasına “əxlaqsız” deyəni çay kənarına aparıb bıçaqladı – TƏFƏRRÜAT
Kriminal
Oxunub: 1 132
30 may 2019 | 15:00
Dostunun xalasına “əxlaqsız” deyəni çay kənarına aparıb bıçaqladı – TƏFƏRRÜAT














Qubada qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək məhkum edilən Rəşad Hacıyev barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Ölkə.az bildirir ki, onun şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, hadisə ötən il Quba rayonunda baş verib.

Rəşad Hacıyev ötən il fevralın 18-də həmyerlisi Orxan Süleymanovu Qudyalçayın üzərindəki “Damba” adlanan Hidrotexniki su qovşağının yaxınlığında bıçaqlayaraq öldürmək istəyib.

Məlum olub ki, Rəşad Hacıyev Orxan Süleymanovu qısqanclıq zəminində öldürmək qərarına gəlib. Hadisədən əvvəl Orxan Rəşadın yanında sonuncunun dostu Elvin Əkbərovun xalasının əxlaqsız olduğunu deyib.

Buna görə onların arasında mübahisə yaranıb. Bir gün sonra Rəşad dostu Elvinlə birlikdə rayonun mərkəzindəki “Panorama” çay evinə gəliblər.
Bu münasibətləri aydınlaşdırmaq üçün Orxanı çay kənarına aparıblar. Mübahisə zamanı Rəşad bıçaqla Orxana bir neçə zərbə endirib. Həmin vaxt Orxan ona qarşılıq verib və əl-qol atmaqla oradan kənarlaşıb.

Xəstəxanaya çatdırılan Orxana tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Rəşad Hacıyev həbs edilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti Rəşad Hacıyevin 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Hökmdən narazı qalan Rəşad Hacıyev apelyasiya şikayəti verərək əmrin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsini xahiş edib.
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"