5-07-2019, 04:00 Oxunub: 508

Hacı Mazanın vəziyyəti ağırlaşdı – Əməliyyata ala bilmirlər – Təfərrüat

Hacı Mazanın vəziyyəti ağırlaşdı – Əməliyyata ala bilmirlər – Təfərrüat

Hacı Mazanın vəziyyəti ağırlaşdı – Həkimlər onu əməliyyat edə bilmir

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti ağır olaraq qalır.

Bakupost.az xəbər verir ki, iş adamının təcili əməliyyatı zərurət yaransa da, iki gündür, həkimlər onu əməliyyata ala bilmir.

Qeyd olunur ki, Hacı Mazanın ağciyərlərinin vəziyyəti ona narkoz verməyə və əməliyyata salmağa imkan vermir. Qəzada onun qabırğalarının sınması isə həkimləri daha çıxılmaz vəziyyətə salıb.

Hazırda Tibb Universitetinin Tədris-Cərrahiyə Korpusunda reanimasiya şöbəsində saxlanılan R.Zeynalovun ailə üzvləri son çarə kimi xəstəxananı dəyişmək qərarı veriblər. R.Zeynalov xəstəxanadan çıxarılmaq üçün uyğun vəziyyətə hazırlanır və o, yaxın saatlarda Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına köçürüləcək.

Qeyd edək ki, ilkin məlumata görə, Hacı Mazanın qəzada bir çox yeri sınmış, kəllə-beyin travması almışdı. O, qəzadan sonra ilk olaraq Biləsuvar Mərkəzi Xəstəxanasına aparılmış, ilkin müdaxilədən sonra Bakıya göndərilmişdi.

Onu da bildirək ki, dünən və srağagün iş adamının əməliyyat olunduğu bildirilirdi. Görünür, bu, doğru informasiya deyilmiş.
Hacı Mazanın son durumu ilə bağlı açıqlama - Hacı Mazanın son durumu ilə bağlı açıqlama - "Hələ də reanimasiya şöbəsindədir" Hadise Hacı Mazan əməliyyat olundu – Son durumu ilə bağlı açıqlama Hacı Mazan əməliyyat olundu – Son durumu ilə bağlı açıqlama Hadise Hacı Mazan ağır vəziyyətdə maşından belə çıxarıldı – VİDEO – FOTOLAR Hacı Mazan ağır vəziyyətdə maşından belə çıxarıldı – VİDEO – FOTOLAR Hadise Hacı Mazanın düşdüyü qəzadan özəl - Fotolar Hacı Mazanın düşdüyü qəzadan özəl - Fotolar Hadise Hacı Mazanın vəziyyəti necədir? - Nazirlikdən açıqlama Hacı Mazanın vəziyyəti necədir? - Nazirlikdən açıqlama Hadise